Azərbaycan və Əfqanıstan prezidentlərinin təkbətək görüşü olub
Bu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.
1 Dekabr 2017 13:35 SiyasətBu gün prezident İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək görüşü olub. Əfqanıstan prezidentini prezident İlham Əliyev qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Bakıda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində 7-ci nazirlər konfransının əhəmiyyəti qeyd edilib. Bu səfərin ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib. Apa.az