Gündəm
"Roma"nın baş məşqçisi "Qarabağ"la oyunla bağlı azarkeşlərə müraciət etdi
İtaliyanın "Roma" klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasının (ÇL) VI turunda "Qarabağ"a qarşı keçirəcəkləri oyun ərəfəsində azarkeşlərə müraciət edib.
Seda Sayan təzə eşqə düşüb - Özündən 16 yaş kiçikdir
Türkiyənin məşhur müğənnisi Seda Sayan özündən 16 yaş kiçik həmkarı Mehmet Erdemə aşiq olub.Bu barədə Star telekanalında yayımlanan “Duymayan Kalmasın” maqazin verilişində məlumat verilib. Demet Akalının ortaya atdığı iddianı canlı yayımda Seren Serengil təsdiqləyib. 55 yaşlı Seda Sayan yaxın dostlarına həmkarı 39 yaşlı Mehmet Erdemi çox bəyəndiyini söyləyib. Lakin, Seda Sayanın qarşılıqsız sevdiyi müğənni hal-hazırda başqasıyla münasibətdədir.
“Azəriqaz”: Tarif Şurasının qərarına dəyişiklik edilməyib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi son günlər bəzi istehlakçılar tərəfindən təbii qaza görə tətbiq edilən limitlə əlaqədar daxil olan müraciətlərə cavab verib. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.
Prezident İlham Əliyev Tailand Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Tailandın Kralı Maha Vaçiralonqkorna təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Toponimiya Komissiyasına 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi ilə əlaqədar müraciət edilib
Milli Məclis yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib. Parlamentdən verilən məlumata görə, komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.
“Bakıdan Türk dünyasına”
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində "Bakıdan Türk dünyasına" adlı şeir gecəsi keçirildi. Gecədə Qazaxıstan, Özbəkistan, Saxa Yakutiya, İran, Türkiyədən gənc yazar və şairlər öz şeirlərini səsləndirdilər. Tədbirin aparıcısı Ülkər Piri qonaqları və iştirakçıları salamlayaraq ilk olaraq çıxış üçün sözü Ekbər Qoşalıya verdi Tədbirdə çıxış edən Əkbər Qoşalı hər kəsi salamladı və iştirakçılara uğurlar arzuladı.
Ronaldo Messinin yerini tutacaq
Bir neçə oyundan sonra “Real”ın ulduzu Kriştiano Ronaldo “Barselona”lı hücumçu Lionel Messinin rekordunu təzələyə bilər. LMessi 2017/18 UEFA Çempionlar Liqasında ən məhsuldar hücumçu kimi liderliyini davam etdirir. Lakin L.Messi “Sportinq Lissabon”la qarşılaşmada fərqlənməsə və K.Ronaldo “Real Madrid”in öz evində qonaq etdiyi “Borussiya Dortmund”a 2 qol vursa, argentinalı ulduzun 60 oyunluq rekord göstəricisi K.Ronaldonun əlinə keçəcək.
Prezident İlham Əliyev: Azərbaycanın ixrac imkanları qat-qat artacaq
Azərbaycanın ixrac imkanları qat-qat artacaq. Məlumata görə, bunu Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olan Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşündə deyib.
Rusiya Ədliyyə Nazirliyi xarici KİV-lərlə bağlı hərəkətə keçir
Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb. Məlumata görə, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.
Putin Amerikanın 9 agentinin siyahısını verdi
Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb. Bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir. Xarici KİV-lər “xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.
Türkiyə lirəsi ucuzlaşa bilər AÇIQLAMA
“Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər. Belə ki, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər”. Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
Bakıda intihara cəhdin qarşısı alınıb
Bakıda intihara cəhd olub. Məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Taleh Aslanov yaşadığı binanın pilləkəninin məhəccərindən özünü asıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində T. Aslanov son anda xilas edilib. O, xəstəxanaya yerləşdirilib. İntihara cəhdin səbəbləri araşdırılır.
Rusiyada azərbaycanlı biznesmeni öldürdülər: qatili kimdir?
Noyabrın 13-də Moskva vilayətinin Naro-Fominsk rayonunda biznes fəaliyyətilə məşğul olan 1981-ci il təvəllüdlü Xanbaba Fərman oğlu Nərimanovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin Azərbaycanda gizləndiyi ehtimal olunur.
Sumqayıtda da ödənişsiz “Wi-Fi” olacaq
Sumqayıt dənizkənarı parkının ərazisində ödənişsiz “Wi-Fi” şəbəkəsinin yaradılması layihəsi baxılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim edilib. Bu barədə “Aztelekom” MMC-nin Sumqayıt telekommunikasiya qovşağından məlumat verilib. Məlumatda qeyd olunur ki, şəbəkənin yaradılması ilə bağlı işlər layihənin qurum tərəfindən təsdiqlənməsindən dərhal sonra başlayacaq: “Hələlik ödənişsiz “Wi-Fi” şəbəkəsinin Sumqayıt dənizkənarı parkının ərazisində yaradılması nəzərdə tutulur.”
Reyhan Camalovanın ixtirasının beynəlxalq qeydiyyatı üçün kömək göstəriləcək
Dekabrın 4-də Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mərkəzin baş direktoru v.i.e Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir.














