Gündəm

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

12 Dekabr 2017 14:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qəbul dekabr ayının 15-də baş tutacaq. Qəbulda Sabirabad rayonu ilə yanaşı Şirvan şəhəri, Hacıqabul, Saatlı rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Ərəb Liqası ABŞ-dan silah alışına qadağa qoymalıdır

12 Dekabr 2017 13:59

“ABŞ-ın Qüdsün İsrailin paytaxtı elan etməsinə Ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

Qüds qərarı sivil dünyanı Birləşmiş Ştatlara qarşı qoydu

12 Dekabr 2017 13:56

Ötən həftə iki böyūk, əks-qūtb dövlətin başında biabırçı hadisələr oldu. Rusiya Federasiyası və Birləşmiş Ştatlara yaraşmayan səhvlərinə görə dūnya qınağı qarşısında qaldılar. Bunlardan biriRusiyanın Olimpiya biabırçılığı idi. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya ilə bağlı görūnməmiş sərt qərar çıxardı.

Həbsdən azad edilən Saakaşvilidən – Müraciət

12 Dekabr 2017 13:53

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna rejimi ilə mübarizəsi səngimək bilmir.  Dünən axşam saatlarında həbsdən azad edilən Saakaşvili tərəfdarlarına müraciət edib. 

WhatsApp silkələnəcək – 4 YENİ ÖZƏLLİK

12 Dekabr 2017 13:50

Populyar mesajlaşma proqramı olan WhatsApp 4 yeni funksiyasını istifadəçilərə təqdim edəcək. Proqram yeni xüsusuiyyətləri hələ ki, yalnız “Android” tipli sistemlərə tətbiq etməyi planlaşdırır. İlk xüsusiyyət əngəllənən WhatsApp istifadəçilərinin əngəlinin daha asan şəkildə aradan qaldırılmasına aiddir. İstifadəçi əngəllədiyi şəxsi blokdan çıxarmaq üçün sadəcə barmağını həmin adın üzərinə basılı saxlayacaq və “blokdan çıxar” seçiminə vurmaqla həmin istifadəçi ilə əlaqə yarada biləcək.

“Məni məşhur qatilin olduğu kamerada...” - Saakaşvilidən ŞOK BƏYANAT

12 Dekabr 2017 13:46

Gürcüstanın sabiq prezidenti və “Yeni Güclərin Hərəkatı”nın lideri Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında məşhur qatilin kamerasında saxlanılıb.

Göyçayda mikroavtobus aşıb, xeyli sərnişin xəsarət alıb

12 Dekabr 2017 13:45

Göyçay rayonunda mikroavtobus aşıb. Göyçay-Sumqayıt sərnişin mikroavtobusunun yoldan çıxaraq aşdığı bildirilir. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Bığır kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, çoxlu sayda xəsarət alan var.

İranda dəhşətli zəlzələ - Son dəqiqə

12 Dekabr 2017 13:42

İranda güclü zəlzələ baş verib. Zəlzələ Rixter şkalası üzrə 6,1 bal gücündə olub. Yeraltı təkanların episentri Kerman bölgəsində, yerin 57 kilometr dərinliyində yerləşib. Dağıntı və tələfatla bağlı heç bir məlumat yoxdur.

Putin qərarından vaz keçdi –  Seçkiyə görə

12 Dekabr 2017 13:38

Rusiya hökuməti ölkədə vergi islahatları aparmaq qərarını seçkilərə qədər təxirə salıb. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin qərar verib. Qərara səbəb kimi layihənin mürəkkəb olması və ciddi problemlər yarada biləcəyi göstərilir.

BVF-dən təlaş dolu xəbərdarlıq: “50 il qaranlıq...”

12 Dekabr 2017 13:36

Əgər kritik qərarlar qəbul etməsək, böyük çətinliklərlə üzləşməli olacağıq. Bu fikirləri Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristina Lagarde deyib. O, qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.

Avstriyada qaz kəmərində partlayış: 60 yaralı

12 Dekabr 2017 13:18

Avstriyada qaz kəmərində partlayış olub. Məlumata görə, hadisə səhər saatlarında Aşağı Avstriya federal torpağında, Vayden-an-der-Marx kommunasındakı iri qaz stansiyalarından birində qeydə alınıb. Partlayış nəticəsində 60 nəfər xəsarət alıb. Partlayış səbəbi məlum deyil. Araşdırma aparılır.

Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

12 Dekabr 2017 13:14

Bakı və Abşeron yarımadasında dekabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən  verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz  10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. 

Qafqaz Müsəlmanları İdarəsi Qüdslə bağlı bəyanat yayıb

12 Dekabr 2017 13:12

Qafqaz Müsəlmanları İdarəsibəyanat yayıb. QMİ-dən daxil olan bəyanatda deyilir: "Səmavi dinlər üçün müqəddəs sayılan və ilk qibləgahımız olan Qüds ətrafında son günlər baş verənlər, təbii ki, hər bir mömin, inanclı insan üçün həssasiyyət kəsb edir.

Belarusda ümummilli lider Heydər Əliyevin anım günü keçirilib

12 Dekabr 2017 13:01

Azərbaycanın Belarusdakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib. Səfirlikdən  verilən məlumata görə, mərasimdə Belarusda yaşayan azərbaycanlılar, Minskdə təhsil alan azərbaycanlı və yerli tələbələr iştirak ediblər.

Qarsda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

12 Dekabr 2017 12:58

Türkiyənin Qars vilayətində Qars Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyi tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.  Tədbirdə çıxış edən dərnək rəhbəri Göksal Kayqısız türk tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin türk dünyasında əvəzsiz xidmətləri olduğunu bildirib.