Gündəm
Fuad Muradov: “Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələr həm inkişaf etməyə başladı, həm də uzunmüddətli perspektiv açıldı. Xüsusilə gənclər hər zaman ulu öndərimizin diqqət mərkəzində olub. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. F.Muradov bildirib ki, ulu öndərin elə ilk fərmanlarından birinin Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı olması, ardınca Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi buna bariz nümunədir: “Ulu öndər özü həmin forumda iştirak edib gənclərimizin fikirlərini öyrənərək, Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində keçirilməsinə nail oldu.
Metroda bədbəxt hadisənin qarşısı alınıb
Bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu stansiya yoluna yıxılıb. “OLAYLAR” -ın xəbərinə görə, bu barədə məlıumat yayan qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən sərnişin digər xəttin stansiya yoluna düşüb.
BMU–da dünyanın 35-ci qadın kosmonavtı ilə görüş keçirilib
ABŞ astronavtı Heidemarie Martha Stefanyshyn-Piper ABŞ səfirliyinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində tələbələrlə görüş keçirib. Təıhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Universitetin audit xidmətinin rəhbəri Yavər Məmmədov qonağı və tədbir iştirakçılarını salamlayıb, təşkil olunan tədbirin çox maraqlı olacağını auditoriyanın diqqətinə çatdırıb.
Tramp: “Bu dəfə ABŞ Aya təkcə bayraq sancmayacaq...”
ABŞ Pezidenti Donald Tramp kosmik siyasət direktivini imzalayıb. Bu qərarla ABŞ kosmik siyasətini bir qədər də genişləndirəcək. Ağ Evdə təşkil edilən imzalama mərasimində NASA-nın nümayəndələri də iştirak edib. Xəbərə görə, prezidentin imzaladığı yeni direktiv NASA rəhbərliyi tərəfindən hazırlanıb. Tramp bildirib ki, bu qərardan sonra NASA daha çox kəşflər edə biləcək, habelə amerikalı astronomlar Aya qayıdacaq və Mars missiyasına hazır olacaq.
Heydər Əliyevin ən çox sevdiyi... - 21 sual, 21 cavab
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ünvanlanan 21 suala verdiyi 21 cavabı təqdim edirik:
“Qromıko etiraf edib ki, Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib”
Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı.
ABŞ 2021-ci ilə qədər Bəşər Əsədin prezidentliyinə etiraz etmir
Rəsmi Vaşinqton Suriya Prezidenti Bəşər Əsədi 2021-ci ilədək hakimiyyətdən uzaqlaşdırmaq niyyətində deyil.
Atatürk hava limanında baş vermiş qəzada 8 nəfər yaralanıb
İstanbulun Atatürk hava limanında əməkdaşları daşıyan avtobus başqa avtobusla toqquşub. Yerli mətbuat yazır ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Qəza bu gün səhər yerli vaxtla 06:30-da baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Telman İsmayılovun tutdurduğu Suren Xaçaturovu Ermənistanda həbsdən buraxdılar
Telman İsmayılovun ifadəsi əsasında qaldırılmış cinayət işinin istintaqı çərçivəsində barəsində həbs qərarı verilmiş Rusiya vətəndaşı, Ermənistana qaçan və orada saxlanılan Suren Xaçaturov həbsxanadan buraxılıb. Onu səhhətinin ağır olması ilə bağlı məhbuslar üçün nəzərdə tutulmuş müalicə müəssisəsindən mülki xəstəxanaya köçürüblər.
Bəzi əmək vərdişləri müasir əmək bazarının tələblərinə cavab vermir
Müasir dünyanın sürətli inkişaf mərhələsində ixtisaslı kadrların hazırlanması vacib məsələlərdən hesab olunur. Belə bir şəraitdə ənənəvi ixtisasların yeni əmək bazarına uyğunlaşdırılması və müasir tələblərə cavab verən kadrların hazırlanması zərurəti yaranır.
Azərbaycanda yol müharibələri: bir həftəyə 27 ölü, 53 yaralı...
Azərbaycanda son günlər ölümlə nəticələnən yol-qəza hadisələrinin sayı kəskin şəkildə artıb. Daxili İşlər Nazirliyinin istirahət günlərinə açıqladığı rəsmi statistikaya görə, respublika ərazisində 17 qəza hadisəsi qeydə alınıb. İki gündə 12 nəfər ölüb, 17 nəfər yaralanıb.
Elməddindən Burakla bağlı qalmaqallı İDDİA : “Qadınlara meyli yoxdur, kişilərlə…”
Aktyor Elməddin Cəfərov dilinin bəlasına düşməsə yaxşıdır. Çünki o, türkiyəli həmkarı barədə şok iddia səsləndirib. Aktyor yarızarafat-yarıgerçək Burakı xanım pərəstişkarlarının gözündən salmağa çalışıb.
Rusiya generalı Suriyada “xozeyinin” kim olduğunu Əsədə başa salır...
Ötən gün qoşunların Suriyadan çıxarılmasını və qələbəni təntənəli şəkildə elan etmək üçün Xmeymin aviabazasına gedən Rusiya prezidenti Vladimir Putinin səfəri ilə bağlı videokadrlarda maraqlı detal diqqəti cəlb edib. Virtualaz.org xəbər verir ki, rus generallardan biri Suriya diktatoru Bəşər Əsədin qolundan tutaraq ləngidib və onun Putinlə yanaşı qırmızı xalı üzərində yeriməsinə mane olub.
İradə İbrahimovadan Röyaya cavab: “Sən zatən, Azərbaycanın starısan”
Müğənni Röya Türkiyədə “Altın Kələbək” mükafatı qazandığı zaman Nigar Camalın onu yanında olarkən təbrik etməyib, sosial şəbəkədən təbrik statusuna fikir bildirən müğənni cümlələrində İradə İbrahimovanın da adını hallandırmışdı. Olaylar.az bildirir ki, müğənni İradə İbrahimova instagram hesabında paylaşdığı statusla Röyaya mükafatının dadını çıxarmağı məsləhət görüb. Müğənninin yazdığı statusu təqdim edirik:














