Gündəm

Çavuşoğlu: “Əsəd Suriyanı birləşdirə bilməyəcək”

12 Dekabr 2017 15:34

“Bəşər Əsədin Suriyanı birləşdirə bilməyəcəyini düşünürük”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu NTV telekanalının canlı efirində deyib.

Avropa Məhkəməsi azərbaycanlıların Ermənistana qarşı şikayəti üzrə QƏRAR verdi

12 Dekabr 2017 15:32

Laçın rayonundan olan məcburi köçkünlər - Elxan və Adışirin Çıraqovlar, Fəxrəddin Paşayev, Akif Həsənov, Ramiz və Qaraca Cəbrayılovların Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə etdikləri şikayətləri üzrə məhkəmənin Böyük Palatasının yeni qərarı elan olunub.

İctimai Birlik tədbir keçirdi

12 Dekabr 2017 15:30

"Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə dekabr ayının 4, 5, 6, 7 –də Bərdə, Ağcabədi, Tərtər, Goranboy rayonlarında gənc sahibkarların marketinq rəqabətinin artırılması mövzusunda tədbir keçirmişdir. 

Ermənilərin daha bir məğlubiyyəti

12 Dekabr 2017 15:24

Beynəlxalq təşkilatlarda təmsil olnunan erməni rəsmilərinin öz xalqını aldatma ənənəsi davamlı xarakteri alıb. Hətta bu ənənə prezident səviyyəsində də müşahidə olunmaqdadır. Vaxtilə Kazan danışıqlarının sirrini açan prezident Serj Sərkisyan bu yaxınlarda Vyana danışıqlarının da təfərrüatlarını açıqlayaraq erməni xalqını aldatmış oldu. Artıq bu ənənə erməni deputatlarına da sirayət edib.

Həmsədrlərin fəaliyyətsizliyi fonunda Ermənistan prosesləri öz xeyrinə dəyişməyə çalışır

12 Dekabr 2017 15:23

Bu günlərdə Ermənistan hərbi sahədə Azərbaycan üzərində üstünlük əldə etmək üçün müxtəlif gedişlər edir. İşğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçirməkdən tutmuş öz hərbi arsenalını gücləndirməyə, eyni zamanda cəbhə xəttində təxribatlar törətməyə qədər, bütün mümkün vasitələrdən istifadə edir.

Oğurluq edən ana və qızı saxlanıb

12 Dekabr 2017 15:21

Bakıda oöurluq faktının üstü açılıb. Belə ki, oğurluqda şübhəli bilinə iki qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, sentyabrın 6-da Nəsimi rayonu ərazisindəki evlərin birindən 350 ABŞ dolları və 147 manat, habelə 580 manat dəyərində qızıl boyunbağı oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakinləri - Nahidə Bayramova və qızı Zeynəb 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, faktla əlaqədar araşdırma aparılır.

Azərbaycan xalçaları haqqında ensiklopediya ingilis dilində

12 Dekabr 2017 15:10

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın ingilis dilində “Azərbaycan Xalçası Ensiklopediyası” nəşr olunub. Olaylar.az bildirir ki, Şərq –Qərb Nəşriyyat və Poliqrafiya Evi  tərəfindən nəfis tərtibata malik olan “Azərbaycan Xalçası Ensiklopediyası” 626 səhifədən, 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan və elmi ədəbiyyatlar siyahısından ibarətdir. Hər bir illüstrasiyanın mənbəyi eksponatın toxunduğu dövr, bölgə, saxlandığı muzey və ya kolleksiya olduğu qeyd olunub.

Neftçi yoldaşını bıçaqlayıb öldürdü

12 Dekabr 2017 15:08

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

“Ermənistanın daxilində başa düşüblər ki, “talış kartı” Azərbaycanın əleyhinə işləməyəcək”

12 Dekabr 2017 15:05

“Talış seperatizmi Azərbaycandan kənarda mövcuddur. Dövlətin apardığı siyasət nəticəsində ölkə daxilində bu məsələ ilə bağlı heç bir problem yoxdur”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bəzi talış əsilli şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.

Erməni lobbisi Rusiyanın maraqlarına necə zərbə vurur?

12 Dekabr 2017 15:04

Erməni lobbisi bütün böyük dövlətlərdə müxtəlif formalarda Azərbaycana qarşı fəaliyyət göstərir. Rusiyada isə fərqli formada fəaliyyətə üstünlük verirlər. Erməni lobbisinin Rusiyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanda etnik qruplar arasında münaqişə və qarşıdurma yaratma cəhdləridir. Bunun üçün bəzi etniklərin ağıldankəm və öz maddi maraqları naminə ölkəsinə, xalqına xəyanət edən nümayəndələrini tapır, öz tərəfinə çəkir və onların vasitəsilə Azərbaycanda guya etniklərin hüquqlarının pozulduğunu bəyan edirlər. Beləliklə, həm beynəlxalq aləmdə Azərbaycan haqda mənfi fikirlər formalaşdırmağa cəhd göstərir, həm də Azərbaycan xalqı arasında nifaq salmağa çalışırlar.

Məşhur aktrisa həbs oluna bilər - Prezidenti təhqir etdi

12 Dekabr 2017 15:00

Məşhur türkiyəli aktrisa və müğənni  Zuhal Olcay İstanbulda yerləşən əyləncə məkanlarının birində ifa etdiyi mahnıda prezident  Rəcəb Tayyib Ərdoğanın adına uyğunlaşdırdığı və əl hərəkəti ilə onu təhqir etdiyi bildirilir. Olaylar.az bildirir ki, Anadolu Respublika Prokurorluğuna məkanda olan tamaşaçılardan birinin şikayəti üzrə məşhur aktrisaya qarşı cinayət işi açılıb. İfadəsi alınan Zuhal Olcay “Boş vermişim dünyayı” adlı mahnıda bəzi hissələri  prezident Rəcəb Tayyib Ərdoğanın adına uyğunlaşdırdığını etiraf edib.

Dövlət Xidməti fermerlərə xəbərdarlıq edib

12 Dekabr 2017 15:00

Kənd Təsərrüfatı Nazirliyiyanında Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerlərə xəbərdarlıq edib. Nazirlikdən verilən məlumata görə, xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığının (Halyomorpha halys Stal) müxtəlif meyvə, tərəvəz və bəzək bitkilərinə kütləvi zərər vurması MDB məkanında ilk dəfə 2015-ci ilin payız aylarında Soçi şəhərində müşahidə olunub. Az sonra zərərvericinin Gürcüstanın müxtəlif ərazilərində fındıq bağlarına, eləcə də digər kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurduğu aşkar olunub. 2016-cı ildə aparılmış müşahidələr zamanı bu zərərvericilərin Rusiyanın Qara dəniz sahillərində və Abxaziyada meyvə bağlarına ciddi zərər vurduğu, meyvələri yararsız hala saldığı müəyyən edilib. Mərmər bağacığının Abxaziyanın Qulripşski və Suxumi rayonları ərazisində kütləvi çoxalması nəticəsində xurma, fındıq, qoz, şaftalı və naringi ağaclarına ciddi ziyan dəyib.

İnandığımız və aldandığımız sima- Nigar Adil yazır...

12 Dekabr 2017 15:01

Səhər metrostansiyaların birində qatarda Eldar Mansurovun ağ –qara fotosunu gördüm. İlk hansı hissi keçirdim yadımda deyil. Uzun zamandı mətbuatda, televiziyada görmədiyim bəstəkar metroda qarşıma çıxdığı üçün təəccübləndimmi, ya sevindimmi, bilmirəm. Səhər saatlarında qatarlardakı izdihamdan xəbərdar olmayan yoxdu. İnsanların başlarının, qollarının arasında rəsmin ətrafına yazılan sözləri oxumağa çalışdım. "Yəqin, bəstəkar konsertini reklam edir, insanları məlumatlandırır", – deyə düşündüm. Amma...

İstanbulda Heydər Əliyevin xatirəsi anılıb

12 Dekabr 2017 15:00

İstanbul Sarıyerdə Azərbaycanın İstanbul Konsulluğunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 14-ci ildönümünün anma mərasimi keçirilib. Heydər Əliyevin abidəsinin ucaldığı meydanda elm,mədəniyyət və siyasət xadimləri, işadamları, İstanbulda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.