“Ermənistanın daxilində başa düşüblər ki, “talış kartı” Azərbaycanın əleyhinə işləməyəcək”
“Talış seperatizmi Azərbaycandan kənarda mövcuddur. Dövlətin apardığı siyasət nəticəsində ölkə daxilində bu məsələ ilə bağlı heç bir problem yoxdur”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bəzi talış əsilli şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.
12 Dekabr 2017 15:05 Siyasət"Talış seperatizmi Azərbaycandan kənarda mövcuddur. Dövlətin apardığı siyasət nəticəsində ölkə daxilində bu məsələ ilə bağlı heç bir problem yoxdur". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu bəzi talış əsilli şəxslərin Rusiyada anti-Azərbaycan fəaliyyətini şərh edərkən deyib.
Politoloqun sözlərinə görə bir qrup şəxs var ki, onlar xəstə düşüncənin daşıyıcısıdır: "Həmin şəxslər elə başa düşür ki, İranla Rusiya Azərbaycanın düşmənidir və ermənilərlə birləşib Rusiya ilə İranı Azərbaycanın əleyhinə qaldıra biləcəklər. Bu şəxslər anlamır ki, Rusiya və İran Azərbaycan prezidentinin təşəbbüsü ilə iki sammit keçirib, Avrasiya materikinin mahiyyətini dəyişən geostrateji nəqliyyat-kommunikasiya layihələri reallaşdırırlar".
Politoloq deyib ki, digər tərəfdən də kimlərsə həmin qüvvələri provokasiyaya təhrik edir: "Ermənistanın daxilində başa düşüblər ki, talış kartı Azərbaycanın əleyhinə işləməyəcək. Rusiyanın daxilində başa düşürlər ki, Rusiya cəmiyyətində Azərbaycanın nüfuzu getdikcə artır. Buna görə də ermənipərəst qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün həmin adamları ortaya atıblar".
M. Əhmədoğlu bildirib ki, həmin qüvvələrdən İsmayıl Şabanov adlı bir şəxs son dövrlərdə mətbuatda aktivdir. Politoloq əlavə edib ki, belə ki, İrandakı talışların sayı Azərbaycandakından azı 3 dəfə çoxdur. Lakin İranda bir dənə də olsun talış dilini tədris edən məktəb, mətbu orqan yoxdur. Azərbaycan radiosunda isə bütün etnik qrupların dilində veriliş hazırlanır. Politoloqun fikrincə, seperatçılıq etmək istəyən qüvvələrin qarşısına kimsə, ya da özləri məqsəd qoyub ki, Azərbaycanı şərləsinlər. O sonda deyib ki, bütün bunlara baxmayaraq bizim millət monolitdir və heç kəs Azərbaycanda milli-etnik zəmində münaqişə sala bilməyəcək. Azadinform.az