Gündəm

Yaxın Şərq xalqları Türkiyənin nüfuzunun artdığını hesab edirlər

12 Dekabr 2017 16:04

Türkiyə, Suriyadakı müharibədən qaçan 3 milyona yaxın qaçqını qəbul edib. ABŞ-da mənzillənən Pew Research Center mərkəzinin son araşdırmasına əsasən Türkiyə Yaxın Şərq bölgəsində nüfuzu ən çox artan ölkədir. Onunla yanaşı, ABŞ və Rusiyanın da bölgədə nüfuzu artıb. Araşdırmada həmçinin bölgədə liderlərin rolu da dəyərləndirilir.

Gürcüstanda Qarabağ təxribatını təkrarlamaq istəyən ermənilərə xəbərdarlıq

12 Dekabr 2017 16:02

Gürcüstanın baş naziri  Giorgi Kvirikaşvilinin İrəvana rəsmi səfərin ləğvi erməni mətbuatının gündəmində qalmağa davam edir. Ermənilər iddia edirlər ki, gürcü münasibətləri gələn ildə daha yaxın olacaq. Amma bu belə deyil.

Dövlət Komitəsi bahalaşan ərzaq mallarının adlarını açıqladı

12 Dekabr 2017 16:01

2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz artıb. Bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Aprel döyüşlərində iştirak edən daha bir erməni hərbçi etiraz etdi

12 Dekabr 2017 15:59

Erməni hərbi qulluqçusu aprel döyüşlərində 3 ay müddətinə ön xətt mövqelərində olsa da müharibə iştirakçısı hesab edilmir. Ermənistan ordusundan təxris edilən Razmik Petrosyanın hüquqlarını qoruyan vəkil Aşxen Daşyan, 2017-ci il dekabrın 5-də müdafiə nazirliyinə qarşı məhkəməyə göndərilən iddianın icraata qəbul olunması haqqında bildirişi hələ də almadığını qeyd edib.

Moskvada Yeni ildə spirtli içkilərin satışına qadağa qoyulacaq

12 Dekabr 2017 15:56

Moskvada dekabrın 30-dan yanvarın 9-dək spirtli içkilərin satışına qadağa qoyulacaq. Məlumata görə, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov deyib.

Nazorzadənin oğlunun toyu: “antikorrupsiya”nın işçiləri mülki geyimdə plovu yeyib, toy sahibi işdən qovulub

12 Dekabr 2017 15:53

Tacikistanda daha bir məmur mərasimlər haqda qanunun tələblərini pozmaqda ittiham olunaraq işdən çıxarılıb və böyük məbləğdə cərimələnib.

“Mersedes” vuran piyada hadisə yerində ölüb

12 Dekabr 2017 15:48

Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 11-də Cəlilabad şəhəri ərazisində Yeddioymaq kənd sakini Sirac Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göytəpə şəhər sakini Natiq Nəzərovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Oğru qadın saxlanıb

12 Dekabr 2017 15:47

Oğurluqda şübhəli bilinən qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 1-də Şəmkir rayonunun Dəllər qəsəbəsindəki evlərin birindən 3100 manat oğurlamaqda şübhəli bilinən rayon sakini Təhminə Quliyeva Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla bağlı araşdırma aparılır.

Partlayıcı oyuncaqlar müsadirə edilib

12 Dekabr 2017 15:45

Yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar müsadirə edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Lənkəran rayon sakini Şakir Rəhimovdan yüksək səsyayıcı qabiliyyətə malik 9000 ədəd partlayıcı oyuncaq götürülmüşdür.

Gömrükçülər ümummilli liderin xatirəsini yad ediblər

12 Dekabr 2017 15:42

Dekabrın 12-si müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma günüdür. Xalqımız dahi rəhbərin nurlu xatirəsini unutmur, onun ideyalarına böyük sədaqət nümayiş etdirir. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrükçülər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, güc strukturlarının, xüsusilə də ölkənin gömrük xidmətinin inkişaf etdirilərək dünya standartları səviyyəsinə çatdırılmasında böyük əməyi olan dahi rəhbərin məzarı önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər

12 Dekabr 2017 15:39

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

Trampın twitter paylaşımlarını rəsmi açıqlama kimi qəbul edirlər

12 Dekabr 2017 15:37

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ABŞ prezidenti Donald Trampın twitter hesabında paylaşdığı fikirləri Amerikanın rəsmi açıqlaması kimi qəbul etdiklərini bildirib. Olaylar.az bildirir ki, Peskov açıqlamasında Rusiya prezidentinin  twitter hesabının olmadığını qeyd edib.

Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin əsas təminatçısı məhz Heydər Əliyev olub

12 Dekabr 2017 15:37

Demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsidir. Adətən hər bir demokratik ölkədə bu prinsiplər qorunub-saxlanılır, inkişaf etdirilir. Bəs Azərbaycanda bu istiqamətdə vəziyyət necədir? Bu və ya digər suallarla bağlı Bizim Gənclik İctimai Birliyinin sədr müavini Soltan Əsgəroğlu ilə söhbətlışdik.

Ramiz Məlik də Məleykəni məhkəməyə verdi: “300 min təzminat istəyir"

12 Dekabr 2017 15:36

Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı məhkəməyə verməyə hazırlaşır. O, bu barədə açıqlamasında bildirib: “Ayın 19-u məhkəməmizdir. Mən də vəziyyətə baxıb, Məleykəni məhkəməyə verəcəm. Məleykə xanım mənim evimə zəng edərək, həyat yoldaşımı hədələyib. 300 min manat təzminat tələb edirəm”.