Gündəm

Suriya və İraqdakı uşaqlarla bağlı STATİSTİKA - 16 yaşadək 390 uşaq var

12 Dekabr 2017 16:46

Suriya və İraqda "terrorçu aktivliyi" zonalarında ilkin məlumatlara görə, 390 qazaxıstanlı uşaq var, onların bir hissəsi yaxın zamanlarda ölkəyə qaytarılacaq. Bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Nurqali Bilisbekov deyib. Onun sözlərinə görə, 63 uşaq geri qaytarılıb, daha 50 uşağın isə yaxın zamanlarda qayıdacağı gözlənilir: "Hazırda Suriya və İraqda 16 yaşadək 390 uşaq var - 214 oğlan və 176 qız".

Beytulla Hüseynov Ali Məhkəməyə müraciət etdi - RABİTƏ İŞİ

12 Dekabr 2017 16:44

"Rabitə işi"ndə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti verib. B.Hüseynovun kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Məhkəmə iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

Əqsa məscidinə hücum – 49 radikal yəhudi...

12 Dekabr 2017 16:41

İsrail polisinin müşayiəti ilə 49 radikal yəhudi Əqsa məscidinə basqın edib. Bu barədə Qüds İslami Vəqflər İdarəsinin mətbuat katibi Firas Dibs yazılı bəyanatla çıxış edib. Məlumata görə, Əqsaya basqın edən yəhudilər məscidin çıxışında talmudi ayinlər həyata keçiriblər.

İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir

12 Dekabr 2017 16:40

YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi ikinci dünya konfransında əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir.

Təhsil müəssisələrində anım tədbirləri keçirilib

12 Dekabr 2017 16:39

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif  idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Milli QHT Forumu Heydər Əliyevin anım gününü qeyd edib

12 Dekabr 2017 16:38

MQF Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib. Forumdan “OLAYLAR”-a bildirilib ki, anım mərasimini açan MQF-nin vitse-prezidenti , Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib.

Silahlı Qüvvələrdə QHT-lərin yaradılması mümkünsüz olacaq

12 Dekabr 2017 16:37

Azərbaycan Silahlı Qüvvələrində qeyri-hökumət təşkilatları (QHT) və dini qurumların yaradılması və fəaliyyəti qadağan edilir. Bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 5-ci (Silahlı Qüvvələrin hərbi quruculuq və fəaliyyət prinsipləri) maddəsində əksini tapıb.

Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər

12 Dekabr 2017 16:34

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında əməkdaşlıq komitəsinin iclasının nə vaxt keçiriləcəyi ilə bağlı hələlik məlumat yoxdur. Bundan öncə gərək şuranın iclası olsun, sonra komitənin iclası keçirilə bilər.

100 minlərlə həkim etiraza qalxdı

12 Dekabr 2017 16:28

İtaliyada 100 mindən artıq tibb işçisi 24 saatlıq tətil elan edib. Tətillə əlaqədar 40 minə yaxın cərrahi əməliyyat və mindən çox digər əməliyyatlar təxirə salınıb.

“MediClub” pasiyentin başına necə oyun açıb?

12 Dekabr 2017 16:24

Eldar Kərimov adlı Bakı şəhər sakini 39-40 dərəcə ilə yerləşdirildiyi MediClub klinikasından şikayətçidir. O, sosial şəbəkədə klinikada başına açılan oyunlar barədə yazıb və hamını həkim seçimində diqqətli olmağa çağırıb:

Deputat qardaşının rektor olduğu kollecdə 20-yə yaxın müəllim təhsil nazirliyinə yürüş edəcək: "Daha bəsdir"

12 Dekabr 2017 16:19

Bakı humanitar kollecində müəllimlərlə millət vəkili Əhliman Əmiraslanovun qardaşı, kollecin rektoru Vaqif Əmiraslanov arasında baş verən narazılıq davam etməkdədir.

Müharibə şirkətləri: 100 milyard qazanc, Afrika cəngəlliklərində bitən ömürlər - ARAŞDIRMA

12 Dekabr 2017 16:17

Rusiyada nəşr olunan “Komsomolskaya pravda” qəzetinin əməkdaşı Aleksandr Kotsun tvitter səhifəsində paylaşdıqları bu ölkədə rezonans yaradıb. Söhbət ruslardan ibarət və elə rusların da sahibi olduğu özəl hərbi şirkətdən, daha doğrusu bu şirkətin Sudanda hərbi əməliyyatlarda iştirakından gedir.

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq, informasiya təhlükəsizliyini təmin edəcək

12 Dekabr 2017 16:12

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir. Məlumata görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq. 

Penitensiar Xidmətin həbsdə olan qarovul rəisi vəkilindən imtina edib

12 Dekabr 2017 16:10

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib.  O, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək.  V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb.  C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi. 

Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim başlayıb

12 Dekabr 2017 16:07

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi" mövzusunda təlim başlayıb.