Gündəm

Deputat: Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir

12 Dekabr 2017 18:07

Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarixdir. Onun bütün həyatı, addımları Azərbaycan xalqı üçün örnəkdir. Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Mehriban Əliyeva: "Azərbaycan "Expo-2025"in keçiriləcəyi məkan kimi seçilsə, bu tədbir də yüksək hazırlığı ilə yadda qalacaq"

12 Dekabr 2017 18:05

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 12-də Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dimitri Kerkentzes ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib 

12 Dekabr 2017 17:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gəlib. 

İsrail Qəzza zolağına hava zərbəsi endirdi - Ölənlər var

12 Dekabr 2017 17:56

Qəzza zolağına İsrailin endirdiyi hava zərbələri nəticəsində fələstinli iki mülki şəxs ölüb. İsrailin Pilotsuz Uçan Aparatından endirdiyi zərbə motoskletlə hərəkətdə olan iki nəfərin üzərinə düşüb. İsrail rəsmiləri bildirib ki, ölənlər "Fələstin İslami Cihad Qrupunun" üzvləridir. 

Plagiat: Emin Sabitoğlu, Zeynəb Xanlarova, Nil Burak...

12 Dekabr 2017 17:54

Son aylar Emin Sabitoğlunun bəzi bəstələrinin əslində orjinal olmadığı ilə bağlı bir neçə xəbər oxumuşam. Plagiat imiş. Tutaq ki, bu, belədir. Qoy olsun.

Ukrayna Baş Prokurorluğu Saakaşvilini istintaqa çağırdı

12 Dekabr 2017 17:50

Ukrayna Baş Prokurorluğu Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvilini dekabrın 18-də istintaqa çağırıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İtaliyada fövqəladə vəziyyət gündəmdə - SƏBƏB

12 Dekabr 2017 17:49

İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda Avstriyada qaz kəmərində baş vermiş partlayışla əlaqədar İtaliyada fövqəladə vəziyyətin elan oluna biləcəyini deyib. Avstriyada baş vermiş hadisədən sonra İtaliyaya Rusiyadan qaz verilişi dayandırılıb.

Son 13 ildə 40 min Azərbaycan vətəndaşına Türkiyədə yaşamaq icazəsi verilib

12 Dekabr 2017 17:44

Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsinin məlumatında deyilir. 

NATO baş katibinin səlahiyyət müddəti 2 il uzadılıb

12 Dekabr 2017 17:43

NATO-nun baş katibi Yens Stoltenberqin vəzifə səlahiyyətinin müddəti daha 2 il uzadılıb. Məlumata görə, bu barədə təşkilatın bəyanatında deyilir. Bildirilir ki, onun mandatı 2020-ci il sentyabrın 30-da başa çatacaq. 

Kreml türk dilinə status verməkdən imtina etdi

12 Dekabr 2017 17:38

Kremldə tatar dilinin ikinci dövlət dili olması müzakirə edilmir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

Hindistanda qar uçqunu - Hərbçilər həlak oldu

12 Dekabr 2017 17:01

Hindistanın Cammu-Kəşmir ştatında baş vermiş qar uçqunu nəticəsində beş hərbçi həlak olub. Uçquna son bir neçə gün ərzində yağan güclü qar səbəb olub.

Azərbaycanda kim daha çox maaş alır?

12 Dekabr 2017 17:00

2017-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1517,8 min nəfər olmuş, onlardan 878,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 639,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İtaliyada mafiya həbsləri - 48 nəfər saxlanıldı

12 Dekabr 2017 16:57

İtaliyanın Recco Kalabriya şəhərində polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 48 nəfər saxlanılıb. 44 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 4 nəfər ev həbsinə məhkum edilib.

Aydın Mirzəzadə: Bu gün dünyanın müxtəlif regionlarında Heydər Əliyevin təcrübəsini öyrənməyə çalışırlar

12 Dekabr 2017 16:56

Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açdı, Azərbaycanda yeni, demokratik bir dövlət quruculuğuna başlanıldı. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

İstanbulda 20 mindən çox polis işdən azad edilib

12 Dekabr 2017 16:54

Türkiyədə Fəthulla Gülən tərəfdarlarına qarşı əməliyyatlar başladıqdan sonra İstanbul polis orqanlarından 22 987 nəfər işdən azad edilib. Xidmətdən azad edilən bütün şəxslərin Gülən hərəkatı ilə birbaşa əlaqələrinin olduğu müəyyənləşib.