Milli QHT Forumu Heydər Əliyevin anım gününü qeyd edib

MQF Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib. Forumdan “OLAYLAR”-a bildirilib ki, anım mərasimini açan MQF-nin vitse-prezidenti , Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib.

MQF Bakı QHT Resurs və Təlim Mərkəzində Azərbaycan Milli QHT Forumu (MQF) Ümummilli lider Heydər Əliyevin anım gününü qeyd edib. Forumdan "OLAYLAR"-a bildirilib ki, anım mərasimini açan MQF-nin vitse-prezidenti , Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova müasir Azərbaycan dövlətinin yaradıcısı, Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin qurulub inkişaf etdirilməsi, həmçinin vətəndaş cəmiyyətinin təşəkkülü ilə bağlı xidmətlərindən bəhs edib. O bildirib ki, aparılan siyasi kursun nəticəsi olaraq hazırda ölkədə QHT-lər cəmiyyətin ən fəal, dinamik və çevik ictimai qüvvəsinə çevirmişdir və bu siyasət möhtərəm prezidentimiz, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə, MQF-nin idarə heyətinin üzvləri Heydər Əliyevlə bağlı düşüncə və xatirələri ətrafında çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31