İkinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
YUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı öz işinə başlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi ikinci dünya konfransında əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir.
12 Dekabr 2017 16:40 SosialYUNESKO və BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) birgə təşkilatçılığı ilə Omanda Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı öz işinə başlayıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, 70 ölkədən 700-ə yaxın qonağın qatıldığı forumda 30-dan artıq nazir iştirak edib. Müxtəlif ölkələrin mədəniyyət və turizm nazirlərinin bir araya gəldiyi ikinci dünya konfransında əsas mövzu sülh və tərəqqi vasitəsilə dayanıqlı inkişafın sürətləndirilməsidir.
Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə "İçərişəhər" Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov və Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Araz Bağırlının daxil olduğu nümayəndə heyəti təmsil edir.