Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.
12 Dekabr 2017 15:39 SosialƏdalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bununla əlaqədar tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, o cümlədən konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, Avropa Məhkəməsinin hakimləri dəvət edilməklə Ədliyyə Akademiyasında ayrıca təlimlər, distant treninqlər keçirilir, Məhkəmənin qərarlarının hakimlər tərəfindən öyrənilməsi təşkil edilir. Həmçinin, hakimlərimizin bilavasitə Avropa Məhkəməsində təcrübə keçmələrinin əhəmiyyəti nəzərə alınaraq çoxsaylı hakimlər Strasburqda tədris səfərlərində olurlar. Əldə olunmuş razılığa əsasən hazırda Ədliyyə Akademiyasında tədris kursu keçən bütün 126 nəfər hakimliyə namizədin ilk dəfə olaraq Avropa Məhkəməsində təlim keçmələri təşkil edilib. Avropa Şurası İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobov, Avropa Məhkəməsinin hakimi və digər təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən həmin təlimlər bu günlərdə başa çatıb.