Gündəm
Rusiyada seçkiöncəsi vəziyyət və Kremlin yaxın-uzaq regionlarla bağlı maraqları
Zaman-zaman Rusiyadan ölkəmizə qarşı müəyyən gedişlər, təxribat xarakterli hərəkətlər müşahidə edilməkdədir. Özü də maraqlısı odur ki, bu kimi mənfi tendensiya daha çox Azərbaycanda bu və ya digər seçkilər keçirilməli olduğu ərəfədə özünü büruzə verir. Hazırda da eyni situasiya davam edir. Yenə Azərbaycanda prezident seçkilərinə hazırlıq mərhələsinin müşahidə edildiyi, hətta seçkilərin vaxtının bir qədər əvvələ təyin olunması təşəbbüsünün gündəmə gəldiyi zaman kəsiyində şimaldan Bakıya doğru təxribat hərəkətləri müşahidə edilir. Bu dəfə isə oyun meydanında Rusiyada özünə sığınacaq tapmış separatçılar yer alır. Təbii ki, Rusiyadakı antiAzərbaycan qüvvələrinin, şəbəkənin dəstəyi ilə. Hansı ki. həmin şəbəkə, qüvvələr hətta Rusiyanın bir sıra rəsmi strukturlarına belə sirayət etməyi bacarıblar.
Jurnalist adından sui-istifadəyə görə ağır cəza... - Ekspert
İndiki şəraitdə bu qanuna əlavə və düzəliş etməyə ehtiyac yoxdur. Onsuz da son vaxtlar KİV haqqında qanunda maddələrin çoxu dəyişdirilib. Bu sözləri media eksperti, professor Qulu Məhərrəmli kütləvi informasiya azadlığından və ya jurnalist hüququndan sui-istifadə edən mətbu nəşrlərin fəaliyyətinin iki ay müddətində dayandırılması barədə qanun layihəsinin müzakirə olunmasına münasibət bildirərkən söyləyib. O vurğulayıb ki, media cəmiyyət adından ictimai nəzarəti həyata keçirdiyinə görə bu cür qanun layihələrinin təklif olunması media azadlığını müəyyən qədər məhdudlaşdırır:
Rusiyanın oyuncağına çevrilmiş Məhərrəmov...
Azərbaycan Fəxrəddin Aboszadə və Zabil Məhərrəmova iş, çörək versə də, Rusiyaya sığınan bu şəxslər vətənlərinə xəyanət etmiş insanlardır. Bu gün sözügedən şəxslər erməni xüsusi xidmətləri və Rusiyanın müəyyən dairələrinin əlində oyuncağa çevriliblər.
Həbsdə olan müğənni Fədayə Laçının məhkəməsi başlayır
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmənin vaxtı məlum olub. Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, vəsatətə sabah Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Səfir: "Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir"
Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucu lideridir.
Leyla Əliyeva Gürcüstanda Heydər Əliyevin abidəsini ziyarət etdi
Bu gün Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevin vəfatından 14 il ötür. Səhər saatlarından Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı ziyarət edilir, önünə əkillər qoyulur. Bundan başqa bir çox şəhərlərdə də dünya siyasətində özünəməxsus yeri olan Heydər Əliyevin xatirəsi yad edilir, abidəsi qarşısına gül-çiçək dəstələri qoyulur.
Azərbaycanla Gürcüstan arasında delimitasiya üzrə danışıqlar gələn ilin əvvəlindən davam etdiriləcək
"Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib".
Kamikadzelərin Rusiyada prezident seçkisi ilə bağlı hücum planı İFŞA EDİLDİ
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib. Bu haqda Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikov bildirib.
Nursultan Nazarbayev Xəzəryanı dövlət başçılarının sammitinin tarixi barədə təklif verəcək
"Qazaxıstan prezidentiNursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq". Məlumata görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Xələf Xələfov: "Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq"
"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq". Məlumata görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.
Nəsimi rayonunda Ulu Öndərin anım mərasimi keçirilib
Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan mərsimdə rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dahi şəxsiyyət, hələ sağlığında canlı əfsanəyə çevrilmiş, Ümummilli lider Heydər Əliyevin həyatına və heç bir ölçüyə və sərhədə sığmayan xidmətlərinə həsr olunmuş geniş nitq söyləyib. Natiq qeyd edib ki, Heydər Əliyev siyasətdə həm ənənəvi, həm də müasir lider obrazında təzahür edən, təmsil etdiyi dövlətin və xalqın ümummilli liderinə çevrilməyi bacaran və onun çərçivəsini göstərən, onun idealını, obrazını yaradan dahi və müdrik bir şəxsiyyətdir.
Xələf Xələfov: "Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb"
"Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. X. Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb. Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.
Kolumbiyada da Qüds qərarına etiraz edildi
ABŞ-ın Qüdsü “İsrailin paytaxtı” olaraq tanıması Kolumbiyada da etiraz aksiyası ilə qarşılanıb. Aksiya iştirakçıları ABŞ-ın Boqota şəhərində yerləşən səfirliyi ərazisində toplaşıblar. Əksəriyyəti ölkədəki fələstinlilərdən ibarət olan nümayişçilər ABŞ prezidenti Donald Trampın Qüds qərarına etiraz ediblər. Fələstin bayraqları ilə səfirliyin girişinə qədər gələn iştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Türkiyədə taksi sürücüləri Trampın Qüds qərarına etiraz etdi
Türkiyənin İstanbul şəhərində avtomobilləri ilə yollara düzülən bir qrup taksi sürücüləri ABŞ-ın Qüdsü "İsrailin paytaxtı" olaraq tanımasına etiraz edib. Taksiçi sürücüləri Türkiyə və Fələstin bayraqları ilə birlikdə yolda etiraz aksiyası keçirməyə başlayıb. Bildirilir ki, ABŞ-ın İstanbuldakı Baş konsolluğu yaxınlığında avtomobillərdən düşən taksi sürücüləri daha sonra konsolluğun qarşısında toplaşıblar.
Qarabağda erməni hərbçi əsgər yoldaşını güllələdi
Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda erməni əsgər güllələnərək öldürülüb. 21 yaşlı Narek Abidekyan dünən gecə əsgər yoldaşı tərəfindən qətlə yetirilib.














