Gündəm

Bakının BMT-də Qüds qərarı: təzyiqlərə baxmayaraq...

22 Dekabr 2017 17:17

Kənardan müxtəlif təzyiq cəhdlərinə baxmayaraq, Azərbaycan prinsipial siyasətinə və beynəlxalq hüquq normalarına riayət edərək Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verdi.

DİN rəisin işdən çıxarılma səbəbini açıqladı

22 Dekabr 2017 17:15

Daxili İşlər Nazirliyi Salyan rayon Polis Şöbəsinin rəisinin işdən çıxarılmasının səbəblərini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, Salyan Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki Təhmasib İbrahimovun rayonda baş verən bir cinayət faktı ilə əlaqədar işdən çıxarılması barədə yazılanlar tamamilə yalandır və reallığı əks etdirmir: “Bu xəbərlər, rəylər şəriştəsiz və qeyri-peşəkarların qənaətidir.

Arif Əsgərovun qohumunun məhkəməsində Tovuzun icra başçısının oğlu zərərçəkmiş kimi ifadə verib

22 Dekabr 2017 17:03

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Qoşqar Zeynalov ifadə verib.

2018 dünya üçün nələr vəd edir? - Vəziyyət ürəkaçan deyil - ŞƏRH

22 Dekabr 2017 17:01

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov 2018-ci ildə dünya siyasətində baş verə biləcək hadisələrdən danışıb. Politoloq bildirib ki, 2018-ci il siyasi baxımdan mürəkkəb dövr olacaq. “Çünki bir neçə ölkədə, o cümlədən, Azərbaycanda, Rusiyada, Ermənistanda prezident seçkiləri keçiriləcək. Ölkəmizdə bu prosesə müdaxilə etmək istəyən, çox güman ki, müəyyən beynəlxalq qüvvələr tapılacaq”.

Ciddədə Bakı şəhərinin namizədliyi ilə bağlı təqdimat keçirilib

22 Dekabr 2017 17:00

Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) mənzil qərargahında Bakı şəhərinin Ekspo 2025 Ümumdünya Sərgisinə (World Expo 2025) namizədliyi ilə bağlı təqdimat keçirilib. “OLAYLAR”-a GİN-dən bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, Ciddə şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, İƏT yanında daimi nümayəndəliklər, İƏT katibliyinin yüksək rütbəli rəsmiləri və digər qonaqlar iştirak edib.

Məktəblilər istehsal müəssisələrində

22 Dekabr 2017 16:59

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərinin istehsal müəssisələrinə ekskursiyaları təşkil olunur. Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, zavod və fabriklərə ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəbliləri istehsal sahələri və prosesi ilə tanış etmək, onların peşə seçiminə kömək göstərmək, həmçinin, asudə vaxtlarını səmərəli keçirməsinə şərait yaratmaqdan ibarətdir. Ekskursiyalar zamanı şagirdlərə zavod və fabriklərin iş prinsipi, məhsulların hazırlanma texnologiyası barədə məlumat verilir. Həmçinin, Azərbaycanda iqtisadiyyatın sürətlə inkişaf etdiyi və bu sahədə ixtisaslı kadrlara ehtiyacın artdığı məktəblilərin diqqətinə çatdırılır.

Avropa İttifaqının nümayəndələri ilə görüş keçirilib

22 Dekabr 2017 16:58

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas arasında görüş keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə turizm sahələrinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə olundu.

AzTU-da Tələbə Peyki Müsabiqəsinin təqdimatı keçirilib

22 Dekabr 2017 16:58

Dekabrın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Azərkosmos” ASC-nin və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda tələbə peyki” (“CanSat Azərbaycan 2018”) müsabiqəsinin təqdimatı keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, təqdimatda AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədov bildirib ki, Azərbaycan artıq öz peyki olan ölkədir və bu sahəyə çox böyük dövlət qayğısı mövcuddur. Prorektor qeyd edib ki, ölkəmizdə tələbə peyki layihəsinə marağın daha da artırılması və azərbaycanlı tələbələr arasında kütləviləşdirilməsi məqsədilə 2017-2018-ci tədris ilində yerli universitet komandaları arasında təşkil ediləcək “CanSat Azərbaycan 2018” müsabiqəsi Yerin süni peykləri sahəsində nəzəri tədqiqat işlərinə böyük maraq yaradacaq. İ. Pirməmmədov bununla yanaşı, müsabiqənin gələcəkdə nano və digər real peyklərin məhz yerli mütəxəssislər tərəfindən ölkəmizdə hazırlanması üçün əhəmiyyətli təcrübə qazandıracağı gözlənilir.

Uşaq-Gənclər İnkişaf Mərkəzində hesabat tədbiri keçirilib

22 Dekabr 2017 16:56

Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni il münasibəti ilə “Dünyanı yalnız uşaqlarla birgə qurmaq olar” ədəbi-bədii və musiqili hesabat konserti keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdən öncə iştirakçılar “Sehrli əllər  dünyası” adlı rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi zalında rəssamlıq studiyasının dərnək üzvlərinin 300-dən çox rəsm, 100-dən çox  xalçaçılıq, art dizayn, ağac üzərində oyma, dekorativ-tətbiqi sənət, aviamodel, radiotexnika dərnəklərinin üzvlərinin əl işləri  nümayiş etdirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

22 Dekabr 2017 16:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman Qurban oğlu İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

BMT Baş Assambleyası Trampın Qüds qərarını rədd etdi

22 Dekabr 2017 16:53

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı 128 lehinə, 9 əleyhinə, 35 bitərəf olmaqla rədd edilib.

Keçməz, Ramis Yunus, keçməz… Azər Həsrət yazır

22 Dekabr 2017 16:51

"Biz Azərbaycanda demokratiyanın təməlli şəkildə oturuşması üçün illərimizi verdik, verməyə də davam edirik. Dövlətimiz yenidir. Yeni münasibətlər sistemində yaşayırıq. Əlbəttə, əyər-əskiyimiz də yox deyil.

“Azərbaycan Dəmir Yolları ” QSC “Milli Net 2017” müsabiqəsində II yerə layiq görülüb

22 Dekabr 2017 16:50

Milli İnternet Mükafatı–“Milli Net 2017”qaliblərinin təqdimat mərasimikeçirilib. 9-cu il keçirilən “Milli Net 2017” müsabiqəsinin 2017-ci il üçün qalibləri elan olunub.

Mətbuat Şurasında mütəxəssislərlə görüş oldu

22 Dekabr 2017 16:47

Bu gün Azərbaycan Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyası İctimai Birliyinin təmsilçiləri ilə (Azerbaijan Public Relations Association-APRA) görüş keçirilib.

Azərbaycan  rəhbərliyi ölkədə fikir, söz, ifadə və məlumat azadlığının təmin olunması, onun daha da inkişaf etdirilməsində hədsiz dərəcədə maraqlıdır

22 Dekabr 2017 16:34

Artıq 26 ildir ki, müstəqil dövlət olan Azərbaycan özünün uğurlu inkişaf yoluna qədəm qəyub. Ötən 26 il ərzində bütün sahələrdə əldə edilən nailiyyətlər, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdəki yeri və rolunu möhkəmləndirib, ölkəmiz dünya birliyində sayılıb-seçilən dövlətlərdən birinə çevrilib.