BMT Baş Assambleyası Trampın Qüds qərarını rədd etdi

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı 128 lehinə, 9 əleyhinə, 35 bitərəf olmaqla rədd edilib.

BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı 128 lehinə, 9 əleyhinə, 35 bitərəf olmaqla rədd edilib. "OLAYLAR"-ın xəbərinə görə. məsələ ilə bağlı fikirlərini bildirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, BMT-nin qərarı beynəlxalq hüquq olsa da, təzyiq rıçaqlarına malik deyil: "Buna baxmayaraq dünya birliyi Qüdsi İsrailin paytaxtı kimi tanımır və tanımayacaq. ABŞ -İsrail tandemi Qüds məsələsində BMT-də uğursuzluğa düçar olsa da, heç də qərarlarından vaz keçməyəcəklər. ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanısa da, dünya birliyi İsrailin paytaxtı kimi tanımayınca legitimlik qzanmayacaq. Çünki, BMT-də səs vermə ilə Təl-Əviv İsrailin paytaxtı kimi tanınıb". Politoloq deyib ki, Trampın məlum qərarı, BMT-nin qərarın heçə saymaq, beynəlxalq hüququn əleyhinə getmək və dünyada nizamı pozmaqdır: "Tramp BMT tribunasından verilən qərarı tanımırsa, ABŞ kimi hüquqi bir ölkənin xarici siyasətinin fiaskosudur. BMT-nin qərarı həlledici bir sənəddi. Türkiyə başda olmaqla müsəlman dünyası, həmçinin Azərbaycanda bu qətnamənin leyhinə səs verib. Qeyd edim ki, Azərbaycan bu məsələdə müsəlman dünyasının yanında oldu. İsraillə strateji tərəfdaşlığımıza baxmayaraq, ABŞ prezidentinin təhdidedici mesajlarına rəğmən Türkiyəni bu savaşda tək qoymadıq. Qüds məsələsinə Azərbaycan Qarabağ münaqişəsindən irəli gələrək, BMT-nin qətnamələrini rəhbər tutdu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31