Gündəm
Röya Aygünü hədələdi: Bu dəfə həddini aşdı...
Aygün Bəylər həddini aşıb. Xanəndədirsə, bu ada layiq hərəkət etsin. Bu sözləri əməkdar artist Röya Ayxan Aygün Bəylərin onun haqqında dediyi sözlərə cavab olaraq sosial şəbəkədə qeyd edib. O, media nümayəndələrindən bu məsələnin “qalmaqal” adlandırılmamasını istəyib: “Əgər kimsə öz qadınlığına hörmət etmirsə, öz işidir. Mən sənətimə də, işimə də, özümə də hörmət edirəm. Bunu gərək üç il öncə edərdim, amma boynundan atdı.
Ankaraya “Prezidenti həbs edin” tələbi gəldi, Ərdoğan...
Türkiyənin İstanbul şəhərində Qüdslə bağlı keçirilən İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Beynəlxalq Cinayət Məhkəməsi Sudan Prezidenti Ömər əl-Bəşirin həbsi ilə bağlı rəsmi Ankaraya müraciət edib.
Bayramları təhlükəsiz keçirəcəyik QURUMLAR BELƏ DEYİR?
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına sayılı günlər qalıb. Bu günlərdən əsas və vacib məsələlərdən biri vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığıdır. Hər bayramda olduğu kimi qarşıdakı bayram günləri ilə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən qurumlar gücləndirilmiş iş rejiminə keçəcəklər. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin açıqladığı məlumata görə, bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin bayram günlərində gücləndirilmiş iş rejimi üzrə fəaliyyət göstərməsinə dair müvafiq əmr imzalayıb.
Nazənin Təranənin o zəngini AÇIQLADI - 7 il bundan qabaq idi. Abırım gedəcək ...
Sahibkarlar üçün kreditlər əlçatan olacaq
“Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsini dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşıdıracaq”. Bu fikri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib. V.Bayramov bilodirib ki, bu, əslində sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır: “Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğu üçün sahibkar üçün cəlbedici deyil.
Xəzər Dəniz Gəmiçiliyi məcburi köçkün ailələrini sevindirib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.”OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
Xəbər Agentliyində PARTLAYIŞ
Əfqanıstanın paytaxtı Kabil şəhərində “Əfqan səsi” xəbər agentliyinin yerləşdiyi binada partlayış baş verib. Olaylar.az bildirir ki, terror hücum zamanı ən azı 30 nəfərin həlak olduğu bildirilir. Binada Anadolu Xəbər agentliyi, bir sıra media orqanları və şiə qruplarının fəaliyyət göstərdiyi bildirilir.
Peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti diaqnostik qiymətləndiriləcək
Dekabrın 29-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəərə görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Acun Ilıcalı onu komandaya daxil etmədi. AMMA...
Acun Ilıcalı yaxın günlərdə yayımlanacaq Survivor All Star komandasına keçmiş iştirakçı Serkay Tütüncünü qəbul etməyib. Olaylar.az bildirir ki, Survivor – da yer almayan Tütüncü seriala dəvət alıb. Kanal D – də yayımlanacaq “İnsanlıq cinayəti” serialında Gizəm Karaca və Kaan Yıldırımla birgə kameralar önünə keçəcək.
Dilənçilər məşhur aktrisaya HÜCUM ÇƏKDİ
Türkiyəli aktrisa Demet Evqar dünən gecə qorxu dolu anlar yaşayıb. Sənətçi ötən axşam restoranların birində dostları ilə yemək yeyib. Sonuncu filmlərinin uğurunu qeyd edən aktyor heyəti çıxışda taksiyə minib, evə getmək istəyib. Lakin bir anda küçədə dilənən uşaqlar ona hücum edib.
NATO-dan “S-400” açıqlaması
Türkiyə ilə Rusiya arasında əldə edilən “S-400” havadan müdafiə sistemi razılaşması NATO tərəfindən yaxından izlənilir. Sistem barədə danışan səlahiyyətli bir şəxs NATO-nun narahatlığının sadəcə Türkiyənin digər müttəfiqlərlə ayaqlaşa bilməməsi olduğunu deyib: “NATO üçün önəmli olan müttəfiqlərin aldığı işçi heyətinin əməkdaşlıq edə bilməsidir. Silahlı qüvvələrimizin birlikdə işləyəbilmə qabiliyyəti əməliyyatlarımızın və missiyalarımızın təşkil edilməsi üçün əsas şərtdir”.
“Rabitə işi”nə görə tutulan baş mühasib kassasiya şikayəti verib
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş mühasibi Anar Mustafayev Ali Məhkəməyə müraciət edib. Vəkil Gülşən Salmanovanın verdiyi məlumata görə, kassasiya şikayətində onun barəsində bəraət hökmünü çıxarılması istənilib. Bundan əlavə şikayətdə A. Mustafayevin əmlakları, xüsusilə ailəsinin yaşadığı yeganə bağ evinin üzərindən həbsin götürülməsini istənilib.
2017-ci ildə sahibkarlara 146 milyon manat güzəştli kredit verilib
Bu il 1953 sahibkarlıq subyektinin ümumi dəyəri 635,6 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 146 milyon manat güzəştli kredit verilib. “Olaylar” xəbər verir ki, bu barədə Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
İlin souncu işgüzar forumu Suraxanıda keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair bu ilin sonuncu işgüzar forumunu Suraxanı rayonunun Əmircan qəsəbəsində keçirib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 100-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağının salınması, plastik və karton tara istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Milli Məclis sonuncu iclasda 18 məsələyə baxacaq
Milli Məclisin dekabrın 29-da keçiriləcək payız sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib. “Olaylar”ın məlumatına görə, parlamentin payız sessiyasının sonuncu iclasının gündəliyinə bir məsələ əlavə edilib.














