Gündəm

Düşmən 122 dəfə atəşkəsi pozub

28 Dekabr 2017 13:19

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Rusiyalı idmançının ölümündə təqsirləndirilən azərbaycanlı ömürlük həbs cəzası ala bilər

28 Dekabr 2017 13:17

Rusiyalı idmançı Andrey Draçovun ölümündə təqsirləndirilən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb. Bu barədə Rusiyanın Xabarovsk Vilayət Prokurorluğu məlumat yayıb. Məlumatda bildirilir ki, iş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib

28 Dekabr 2017 13:16

Ölkəmiz mədəni müxtəliflik məsələlərinə töhfələrini verməkdə davam edir Sirr deyil ki, bu gün Azərbaycan Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Etiraf edilməlidir ki, Azərbaycanın əhəmiyyətli və etibarlı tərəfdaş ölkəyə çevrilməsi prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində mümkün olub.

"Qar yağmaqda davam edir, iz tapmaq çətindir" - Polkovnik

28 Dekabr 2017 13:13

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi, itən alpinistlərlə bağlı yaradılmış qərargahın rəhbəri polkovnik Şahin Mirzəyev axtarış tədbirlərindən danışıb. Bu barədə açıqlama verən Ş. Mirzəyev qeyd edib ki, hazırda axtarış tədbirləri davam etdirilir: "Mən indi elə yerdəyəm ki, çox danışa bilmirəm.

Azərbaycan balanslı siyasəti hesabına dövlətçiliyini qorudu

28 Dekabr 2017 13:09

Başa çatmaqda olan 2017-ci il Azərbaycanda xarici siyasət sahəsində də bir sıra uğurlarla yadda qaldı.  Dövlət başçısının bir sıra ölkələrə səfərləri, xüsusilə NATO qərargahında keçirilən görüşlər, Brüsseldə Şərq Tərəfdaşlığı Sammitində ölkəmizin də təmsil olunması xarici siyasət sahəsində Azərbaycan üçün yeni-yeni imkanlar yaratdı. Bəs görəsən ekspertlər bu barədə nə düşünürlər. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altayla söhbətimizdə 2017-ci il ərzində xarici siyasət sahəsində baş verən mühüm hadisələrə aydınlıq gətirdik.

Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb

28 Dekabr 2017 13:07

Rusiya prezidenti Vladimir Putindekabrın 27-də Sankt-Peterburq şəhərində baş vermiş partlayışı terror aktı adlandırıb. V. Putin bunuSuriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. "Siz bilirsiniz ki, dünən Peterburqda terror aktı törədilib", - deyə o, söyləyib.

Erməni qadınlar canlı yayımda saçyolduya çıxdılar - VİDEO

28 Dekabr 2017 13:02

"Küçə qadını, köpək qızı, murdar, ləçər, fahişə! Sənin yatdığın kişilərin sayı bilinmir, ərin, o mal oğlu mal isə sanki heç nə olmamış kimi davranır". Ermənistan İctimai Televiziyasındakı "Yarıaçıq pəncərələr" tok-şousuna qatılmış iki qadın arasındakı davada bu sözlər səslənib.

Valideynləri qızlarını 15 il balaca otaqda saxladı, acından öldü - 33 yaşında 19 kilo qalmışdı

28 Dekabr 2017 12:58

Yaponiyada valideynləri qızlarına 15 il ərzində işgəncə veriblər.  55 yaşlı Yasutaka Kakimoto və 53 yaşlı Yukari Kakimoto Airi Kakimoto adlı qızlarını 15 il ərzində balaca otaqda saxlayıb, ona gündə bir dəfə yemək veriblər.

Bakıda 40 günlük uşağını satmaq istəyən ata danışdı

28 Dekabr 2017 12:55

Bu gün Bakıda yeni doğulmuş uşağın satışa çıxarılması hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. 40 günlük oğlan uşağının satışa çıxarılması hadisəsini araşdırmaq üçün ailənin kirayə yaşadığı Hövsan qəsəbəsinə gedib. Övladını daha əvvəl satmaq istədiyini deyən Orxan adlı şəxs fikrindən daşındığını və bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

"Azərbaycanın arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var"

28 Dekabr 2017 12:42

"Hazırda Azərbaycan Xarici İşlər Nazirliyinin XİN) arzuolunmaz şəxslər siyahısında 600-ə yaxın insanın adı var". Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H.Hacıyev bildirib ki, 2017-ci il ərzində 10-a yaxın şəxs adlarının bu siyahıdan çıxarılması ilə bağlı Azərbaycan tərəfinə müraciət edib.Onun sözlərinə görə, müraciət edənlərin bir qisminin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb və digərlərinin müraciətlərinə baxılır.

Türkiyədə PKK və İŞİD-in 56 üzvü həbs edildi

28 Dekabr 2017 12:40

Türkiyənin Bursa əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK və İŞİD qruplaşmalarının 56 üzvü tutulub. “Hürriyet” qəzeti yazır ki, onların arasında Suriya vətəndaşları da var.

“2017-ci ili Azərbaycan üçün uğurlu hesab edirəm”

28 Dekabr 2017 12:37

Bir neçə il əvvəl neft qiymətlərində müşahidə edilən kəskin azalma fonunda dünya iqtisadiyyatında mənfi tendensiya, geriləmənin baş verməsinə baxmayaraq Azərbaycan bu təhlükə və risqlərdən özünü sığortalaya və iqtisadiyyatın davamlı şəkildə inkişafına nail ola bildi.

Daha 5 qəsəbədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün maliyyə vəsaiti ayrılıb

28 Dekabr 2017 12:32

Prezident İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Trampın axmaq həmləsi Rusiyaya meydan verdi – Duqin

28 Dekabr 2017 12:14

Putinin Suriyadakı hərbi hərəkatın bitdiyini göstərməsi çox önəmli addımdır. Bu sözlər rusiyalı ideoloq və filosof Aleksandr Duqininin “Aydınlıq” qəzetində dərc olunan məqaləsində yer alıb. “Putinin bu addımı hərbi bazamızın bağlanacağı, məsləhətçilərimizin geri dönəcəyi və ya Suriyaya yardımlarımızın sona gələcəyi anlamına gəlmir. Rusiya işğalçı deyil. Suriya üzərində hərbi hökmranlıq qurmağa çalışmırıq. Biz Suriyaya dəvət edildik və burada dostlarımıza yardım etdik. Hərbi hərəkat bitəndə isə Rusiyaya geri dönürük, amma Dəməşqə geosiyasi yardım məqsədi ilə burada varlığımızı davam etdirib, bazamızı saxlayacağıq.