Gündəm
Azərbaycanda daha bir əczaçılıq zavodu açılacaq
"Azərbaycan və Belarus əczaçılıq preparatlarının istehsalı üzrə birgə müəssisə yaratmağı planlaşdırır". Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransı zamanı deyib.
Zəlzələ - Gürcüstanda
Gürcüstanda 2,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Tbilisidən 35 kilometr aralıda Tetritskaro rayonunda 5 kilometr dərinlikdə qeydə alınıb.
Müslüm Maqomayevə həsr edilən müsabiqə
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, dünya şöhrətli vokal və estrada ifaçısı M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuş “ Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Olaylar.az bildirir ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiyada üzrə mübarəzə aparıblar.. Müsabiqənin əsas şərtlərindən biri dahi M. Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.
"Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib"
"Türkiyənin müdafiə sənayesi Prezident Administrasiyasının idarəçiliyinə keçib". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir
"Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir". Bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib: "Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir".
Ermənistan Gürcüstanı özünə tərəf dartır - Gürcülər kimi seçəcək?
Hande Erçelin sevgilisindən ayrılmasında İNANILMAZ SƏBƏB
Türkiyəli aktrisa Hande Erçelin keçmiş sevgilisi Mehmet Dinçer ilə ayrılıq səbəbi bəlli olub. Bu barədə dostlarından birinə danışan Hande "Mehmet yaxşı insan idi, amma çox simic idi. Heç pul xərcləmirdi", - deyib.
Mansur İbayevin oğlu prokuror təyin edildi
Bakının Nizami rayonuna yeni prokuror təyin edilib. Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.
"Musanın nə ixtiyarı var telefon işlədə" - Təranə Qumral ərinə telefonu QADAĞAN ETDİ?
ARB TV-nin "Səhər-Səhər" verilişində qonaq olan müğənni Nazənin Təranə Qumralla davasından danışıb. Aparıcı Elgizin "İki qardaşınızın toyunu Musa müəllim aparıb?" sualı ilə Nazəninə müraciət etməsi xanım müğənnini özündən çıxarıb: "Millətin toyunu mən edirəm.
"Sovetski"dən növbəti köçürülmə prosesinə başlanır
"Gələn ilin yanvarından Bakının "Sovetski" adlanan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək". Bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov deyib.
Günəşli hava davam edəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
“Cənab Prezidentin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatında inkişaf özünü göstərir“
Son illərdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına əsaslı dərəcədə təsir göstərib. Dövlətin bu məqsədlə fermerlər və sahibkarlara verdiyi dəstək də kənd təsərrüfatı məhsullarının istehsalının artmasında müsbət rol oynayır.
Qarın ağrısı ilə xəstəxanaya gedən iki 15 yaşlı qız hamilə çıxdı
Türkiyədə biabırçı hadisə baş verib. Sakarya vilayətinin Akyazı mahalında eyni gündə qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən iki 15 yaşlı qızın hamilə qaldığı məlum olub. Onlardan biri 7, digəri isə 2 aylıq hamilədir. Məsələ ilə bağlı araşdırma aparılır.
Rusiya seçki dəhlizinə daxil oldu
“Şimal qonşumuz seçki dəhlizinə daxil oldu. Maraqlı proseslər gedir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev deyib ki, Rusiya Federasiyası seçkiləri bizim siyasi müqəddaratımıza birbaşa təsirə malik aksiyadır: “Ona görə də baş verənləri diqqətlə izləmək lazımdır. Əvvəldə onu bildirim ki, əsas namizəd Putin vəziyyətdən narahatdır. Qənaətimi əsaslandırım. Əsas alternativi Navalnının qeydə alınmasına imkan vermədi.
“Gənclər üçün Elektron Hökumət” konfransı keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər üçün Elektron Hökumət” konfransı baş tutub.














