Gündəm
Təhsil İdarəsi hesabat verdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) başa çatmaqda olan 2017-ci ildə görülmüş işlərə dair hesabatlar dinlənilib. “OLAYLAR” xəbər verir ki, iclasda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva və idarənin struktur bölmə rəhbərləri iştirak ediblər. Görüş zamanı “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi və uğurların qazanılması məqsədilə həyata keçirilən işlərə dair BŞTİ-nin İnformasiya təminatı, Ümumi təhsil, İnkişaf layihələri, Məktəbdənkənar fəaliyyətin təşkili sektorları müdirlərinin və Təlimə Dəstək Mərkəzi direktorunun hesabatları dinlənilib.
PKK – nın planlaşdırdığı terror hadisəsinin qarşısı alındı
Türkiyədə səhər saatlarında bir avtobusda partlayıcı qurğu aşkarlanıb. Olaylar.az İstanbul Terrorla Mübarizə idarəsi apardığı axtarış zamanı 20 nəfər şübhəli saxlanılıb. Saxlanılan şəxslərin ifadələrindən məlum olub ki, onlar PKK terror qruplaşmasının üzvləridi və Kandil vilayətindən İstanbula gələrək terror hadisəsi törətməyi planlaşdırıblar.
FAO-nun Azərbaycanda daha bir layihəsi başa çatır
Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın artırılması vasitəsilə kənd əhalisinin yaşayışının yaxşılaşdırılmasına dair BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəklədiyi layihənin yekun seminarı keçirilib.
Bankomatdan 51 min manat oğurlandı
Beyləqanda bələdiyyə binasında bankomatdan 51 min manta pul oğurlanıb. “Olaylar”ın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulan Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon sakinləri – Rizvan Ağayev, Elməddin Zülfüqarov və Xəyal Rüstəmovla birgə Əhmədli kəndi ərazisində kənd bələdiyyəsinin inzibati binasında quraşdırılmış bankomatdan 51 min manta pul oğurlamaları müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Alpinistlər haqda ümidverici xəbər: Onlar 4 günlük...
İtkin düşən alpinistlərimiz özləri ilə 4 günlük yemək götürüblər. Bu barədə “Gilavar” - hava və ekstrim idman klubundan məlumat veriblər. Klubdan bildiriblər ki, alpinistlərdə lazım olan bütün ehtiyat əşyalar var: “Onlar kifayət qədər peşəkar alpinistlərdir. Bundan öncə Xınalıq rayonuna yürüyüşlərimiz çox olub, bu dağ da daxil olmaqla, bir çox dağlara çıxılıb. Amma sırf onların nəzərdə tutduğu marşrut üzərindən çıxılıb-çıxılmadığı haqqında məlumatı tam dəqiq deyə bilməyəcəm. Klubda hər kəs ayrı-ayrı idman sahələrində çalışır. Hazırda sırf bu qayayadırmanma, dağadırmanma ilə əlaqədar şəxslər axtarış qrupundadır”.
Əsədi Nəcibullanın taleyi gözləyir
Əsədi Məhəmməd Nəcibullanın taleyi gözləyir. Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı ekspert və Donbas müharibəsinin əsas ideoloqlarından biri Anatoli Nesmiyan paylaşıb.
AB Tiflisə gözlədiyindən daha çox pul verdi
Avropa Birliyi Gürcüstana reformlar həyata keçirməsi üçün 48,1 milyon avro yardım ayırıb. Bu barədə informasiyanı AB-nin Gürcüstandakı Nümayəndəliyi yayıb. Nümayəndəlik ayrılan vəsaitin ticarətin, kiçik və orta biznesin, eləcə kənd təsərrüfatının inkişafına yönəldiləcəyini bildirib.
Ombudsman: 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 mindən çoxdur
"Statistik məlumatlara əsasən, 2000 dollar məbləğində banklarla fikir ayrılığı olan müştərilərin sayı 100 min nəfərdən artıqdır". Bunu Bank Ombudsmanının məsul katibi Elçin Həsənov bildirib.
Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq ən yüksək səviyyəyə çatıb
Azərbaycnla Rusiya arasındaka döstluq ənənələrinin çoxəsirlik tarixi olsa da ölkəmiz müstəqillik əldə etdikdən sonra bu münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Xüsusən prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsidə nəinki dostluq ənənələri qorunub saxlanıb, hətta münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına nail olunub. Xüsusilə qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur.
Peterburqda səs-küylü cinayət: biznesmen Mustafayevin arvadını da tutdular
Peterburqda dekabrın 25-də Su muzeyindən məktəbliləri Kirovsk şəhərinə daşıyan avtobusun sürücüsünə qarşı hücumun iştirak çısı olmuş qadın da tutulub. Bu barədə RF İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İran prezidenti Azərbaycana səfər edəcək
2018-ci ildə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Rusiya ilə Azərbaycan arasında dəniz turları təşkil olunacaq
“Moskva Çay Gəmiçiliyi” ASC-nin Baş direktoru Konstantin Anisimovun rəhbərlik etdiyi nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də olub.
Gömrük nəzarətindən gizlədilən pirotexniki mallar aşkar olunub
Tovuz Gömrük İdarəsinin əməkdaşları üç fakt üzrə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexniki malların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
AQUP DK-da kollegiya iclası keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət ailə, qadın və uşaq siyasəti sahəsində 2017-ci ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu erkən başlayacaq, qiymətlərdə artım gözlənilir
Azərbaycanda növbəti il üçün Həcc ziyarətinə sənəd qəbulu vaxtından tez başlayacaq. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, idarənin Həcc missiyasının nümayəndələri ziyarətin qiymətlərinin müəyyənləşdirilməsi, hotellərin təyinatı və digər hazırlıqlarla bağlı Səudiyyə Ərəbistanına yola düşüb. Nümayəndə heyəti geri dönəndən sonra - yanvarın əvvəlindən ziyarət hazırlıqların başlayacaq. Bildirilir ki, ötən ilkindən fərqli olaraq bu il qiymətlərdə artım gözlənilir. Buna səbəb 5 və 6 ulduzlu hotellərin qiymətlərinin artmasıdır.













