Gündəm
Türkiyədə güclü qar və şaxta xəbərdarlığı
Türkiyənin Malatya, Elazığ, Tunceli, Bingöl və Adıyaman vilayətlərində güclü qar və şaxta xəbərdarlığı elan edilib. Məlumata görə, əlverişsiz hava şəraitinin sabahdan etibarən qeydə alınacağı bildirilir. Eyni zamanda, adıçəkilən vilayətlərdə sakinlərin daha diqqətli olması tövsiyə olunub.
Tiflisin bu addımı adekvat reaksiya tələb edir - Rus ekspert
Gürcüstanın Rusiya təyyarələrini açıq səma razılaşması əsasında öz hava məkanına buraxmaması ölkənin yeni gizli hərbi obyektlər tikməsindən xəbər verir. Bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko söyləyib.
2017 – ci il uşaqlar üçün dəhşətli il oldu – UNİCEF AÇIQLADI
UNİCEF 2017 – ci ilin uşaqlar üçün dəhşətli il olduğunu açıqlayıb. Olaylar.az bildirir ki, UNUCEF hesabatında müharibə və münaqişə bölgələrində yaşayan uşaqların mütəmadi hücumlara qaldıqlarını açıqlayıb. İraq, Suriya, Yəmən, Nigeriya, Cənubi Sudan və Myanmadakı uşaqların beynəlxalq hüquqa zidd qarşıdurmaların qurbanı olduqlarını və 2017 – ci ilin onlar üçün dəhşət dolu il olduğu bildirilib.
Erməni deputatdan Ərdoğana qarşı Gül çağırışı - Video
Ədalət və İnkişaf Partiyasından qurtulmaq üçün hər kəsə ehtiyacımız var. Bunu KRT televiziyasında çıxışı zamanı Türkiyənin Xalqların Demokratik Partiyasının erməni əsilli millət vəkili Qaro Paylan söyləyib. Onun sözlərinə görə, kürd partiyası AKP ilə mübarizə üçün Türkiyənin keçmiş prezidenti Abdullah Güldən də istifadə etməlidir:
Bakının Qaradağ rayonunda 33 ədəd yeni mənzil Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verildi
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.
Silsilə oğurluqla məşğul olan şəxslər ələ keçiblər
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə cari ilin avqust ayından dekabr ayınadək olan müddətdə rayon ərazisindəki 4 evdən və 4 avtomobildən akkumulyator, təmir-tikinti alətləri, su mühərriki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Evdən qızıl oğurlayan qadın saxlanıb
Paytaxt Bakıda oğurluqda şübhəli bilinən qadın saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən bu il iyunun 1-də rayon ərazisindəki evlərin birindən 5320 manat və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nigar Hüseynova saxlanılıb. Araşdırma aparılır.
Mağazalara qənim kəsilən yeniyetmə saxlanıb
Bakıda silsilə oğurluq törətməkdə şübhəli bilinən yeniyetmə saxlanıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin dekabr ayı ərzində rayon ərazisindəki 3 mağazadan və 1 marketdən pul, mobil telefon, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 1 yeniyetmə saxlanılıb.
Xeyli sayda partlayıcı oyuncaq müsadirə edilib
Yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən şəhər ərazisində Ceyhun Əliyevdən yüksək səsyayıcı qabiliyyətinə malik olan 2001 ədəd partlayıcı oyuncaq və pirotexniki məmulatlar götürülüb.
İki evdən qızıl aparan tutulub
Oğurluqda şübhəli bilinən Şəmkir sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 26-da rayon ərazisindəki 2 evdən 38.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bayramlı kənd sakini Şahmar Cəfərov saxlanılıb.
Bakıda "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib
Bakı şəhərində Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd N. Abbasbəylinin təşəbbüsü və təşkilatçılığı ilə "Cənubi Qafqazada təhlükəszilik və separatizm" mövzusunda konfrans keçirilib.
Veysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib
Veysəloğlu Şirkətlər Qrupu “ASAN Könüllüləri” təşkilatı ilə birlikdə ”ASAN məktub” layihəsini uğurla icra etməkdədir. “OLAYLAR”-ın xəbərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4-14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.
Gənclərimiz orduda xidməti şərəf bilir
“Gələcəyin sağlam əsgəri” fərdi layihəsi çərçivəsində sonuncu tədbir Bakıdakı 2 saylı Texniki-Humanitar Liseydə keçirilib. Dekabrın 27-də baş tutan tədbirdə liseyin şagird və müəllimləri iştirak edib. “OLAYLAR”-ın xəbərinə görə. tədbiri giriş sözü ilə açan layihə rəhbəri Amil Şirinli qeyd edib ki, artıq Azərbaycan gəncləri hələ uşaq yaşlarından özlərini sağlam ordu xidmətinə hazırlamağın qayğısına qalır.
Strateji proqramlar öz uğurlu nəticələrini göstərməkdədir
“Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası ölkə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin güclənməsinə, qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsinə, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasına, ümumilikdə bölgələrin hərtərəfli inkişafı sahəsində əhəmiyyətli dəyişikliklərə səbəb olub.
“Muğam axşamlar”ı layihəsinə yekun vuruldu
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muğam axşamları” adlı möhtəşəm layihənin yekun konserti keçirilib. Olaylar.az bildirir ki, layihənin yekun konsertində Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Dürdanə Ələkbərova, Malik Həsənov, İnci Şirvanlı, Sədəf Budaqovanın ifasında ”Heyratı”, “Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı”, “Şirvan Şikəstəsi”, ”Kəsmə Şikəstə” ritmik muğamları səsləndirilib.














