“Muğam axşamlar”ı layihəsinə yekun vuruldu
Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Muğam axşamları” adlı möhtəşəm layihənin yekun konserti keçirilib. Olaylar.az bildirir ki, layihənin yekun konsertində Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Dürdanə Ələkbərova, Malik Həsənov, İnci Şirvanlı, Sədəf Budaqovanın ifasında ”Heyratı”, “Mənsuriyyə”, ”Qarabağ şikəstəsi”, ”Osmanlı”, ”Heydəri”, ”Simayi-Şəms”, “Ovşarı”, ”Arazbarı”, “Şirvan Şikəstəsi”, ”Kəsmə Şikəstə” ritmik muğamları səsləndirilib.
28 Dekabr 2017 14:50 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Muğam axşamları" adlı möhtəşəm layihənin yekun konserti keçirilib.
Olaylar.az bildirir ki, layihənin yekun konsertində Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Xəyalə Abdullayeva, Şəfəq Xəlili, Səriyyə Pirimova, Gülnar Qüdrətli, Miryusif Mirizadə, Ülkər Mirzəzadə, Fidan Qiyasbəyli, Həmidrza Rzayi, Nüşabə Kərimova, Dürdanə Ələkbərova, Malik Həsənov, İnci Şirvanlı, Sədəf Budaqovanın ifasında "Heyratı", "Mənsuriyyə", "Qarabağ şikəstəsi", "Osmanlı", "Heydəri", "Simayi-Şəms", "Ovşarı", "Arazbarı", "Şirvan Şikəstəsi", "Kəsmə Şikəstə" ritmik muğamları səsləndirilib.
Xanəndələri tarda Altay Niftəliyev, Rəşad İbrahimov, kamançada Təbriz Yusufov və Araz Ağaverdiyev, balabanda Süleyman Əliyev, nağarada Ruhulla Dadaşov, qanunda Aysu Sadıqova, udda Ramil Məmmədli müşayiət ediblər.
Qeyd edək ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər "Muğam axşamlar"ı layihəsi çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında "Rast","Şur","Segah","Çahargah","Bayatı-Şiraz","Şüştər", "Hümayun" muğamları ifa edilib.