Gündəm
Dərhal icra edilməli olan məhkəmə qərarlarına dair yeni prosedur müəyyənləşib
Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişiklik edib. Məlumata görə, dəyişiklik mülki məhkəmə icraatı üzrə məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlıdır. Təlimata əsasən, məhkəmənin qətnaməsi, qərardadı qanuni qüvvəyə mindikdən sonra növbəti iş günündən gec olmayaraq icra sənədi verilir.
Təhsil işçilərinin əməyinin yeni ödəniş dərəcələri müəyyənləşib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nı təsdiqləyib. Məlumata görə, qərar dekabrın 29-dan qüvvəyə minir.
Dünyada tüğyan edən aclıq – Dəhşətli statistika AÇIQLANDI
Dünyada silahlı münaqişələr və iqlim dəyişikliyi səbəbindən aclıqdan əziyyət çəkən insanların sayı artmaqda davam edir. Beynəlxalq “Save the Children” təşkilatının 2017-ci ilin 9 ayı ilə bağlı statistikasına əsasən xəbər verir ki, aclıqdan əziyyət çəkən insanların sayı 112 milyon nəfər təşkil edir. Onlar arasında uşaqların sayı 45 milyondur. Maraqlıdır ki, BMT-nin statistikasında aclıqdan əziyyət çəkənlərin sayı 960 milyon nəfər kimi göstərilir.
“Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq”
“Türkiyə ilə yaxınlığın əvəzi nədirsə, ödəməyə hazırıq. Xalqımızın alçaldılmasını heç vaxt qəbul etməyəcəyik”. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Sudan dövlətinin informasiya naziri Əhməd Bilal açıqlama verib. Rəcəb Tayyib Ərdoğanın Sudana səfərini “tarixi” olaraq xarakterizə edən nazir deyib ki, Türkiyə ilə yaxınlaşma qonşu ölkələr üçün təhdid deyil.
Bakıda 52 yaşlı qadın attestat almaq üçün imtahan verdi
Bakıda 9-cu sinfədək təhsil ala bilməyənlər üçün keçirilən eksternat imtahanında iştirak edənlər arasında 30-40 yaşlı, hətta 52 yaşlı insan da olub. Məlumata görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib. İdarədən qeyd edilib ki, dekabrın 26-27-də Bakı şəhəri üzrə eksternat imtahanları keçirilib.
“Lotu Quli”nin taleyi həll olunur – “Sxodka” keçiriləcək
Yeni il bayram günlərində Moskvada “oğru sxodkası” keçiriləcək. Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun gələcək taleyi bu “sxodka”dan asılıdır.
Bir qrup şəxsə fəxri adlar verildi - SİYAHI
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev bir sıra şəxsləri "Dostluq" ordeni ilə təltif etdi
AzTU-da Həmrəylik Günü qeyd edilib
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətindən danışıb, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyini söyləyib, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib.
Müdafiə naziri hərbi tibb müəssisələrində olub
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Minlərlə şiə döyüşçüsü İsrailə yaxınlaşır, İranla müharibə təhlükəsi var...
Suriya qoşunları İranın dəstəklədiyi şiə yaraqlılarının dəstəyi ilə ölkədə Bəşər Əsəd rejiminə qarşı çıxan üsyançıların sonuncu anklavına doğru hücuma keçib. Ölkənin cənub-qərbində-İsraillə sərhədə yaxın bölgələrdə şiddətli döyüşlər gedir. Suriya ordusu və şiə yaraqlıları Hermon dağlarının Suriya hissəsini üsyançılardan almaq uğrunda hərbi əməliyyatlar aparır, bu döyüşlərdə Livandakı “Hizbullah” qruplaşması və digər iranyönümlü silahlı birləşmələr əsas rol oynayır.
"Bizim cəmiyyət artıq Rusiyanın Ermənistanı dəstəklədiyinə inanmır" - Ermənilər təlaş içində
Rusiya ilə Ermənistan arasında yaşanan informasiya müharibəsi günbəgün güclənməkdə, qarşılıqlı təhqirlər və ittihamlarla davam etməkdədir. Bu mübarizə Rusiya və Ermənistan mətbuatı ilə yanaşı, sosial şəbəkələrdə də ən pis formada qarşılıqlı təhqir, söyüşlərlə, aşağılayıcı sözlərlə müşayiət olunur.
KİV: "Ermənistanda İŞİD üzvü saxlanıldı"
Təxminən 10 gün əvvəl Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD üzvünün ölkəyə daxil olmaq cəhdinin qarşısını alıb. Bu barədə Aravot (Səhər) qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, adı müəyyən edilməyən Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı Jvartnots hava limanında Ermənistan sərhəd xidməti və milli təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
“Meksika divarlara inanmır” – Trampın ideyası gerçəkləşəcəkmi?
ABŞ prezidenti Donald Tramp ötən il prezident seçkiləri kampaniyası dövründə verdiyi vədlərindən birini həyata keçirməyə başlayıb. Söhbət ABŞ və Meksika dövlətlərini ayıran sərhəddəki divarlardan gedir.
Moskva Koreya yarımadasında baş verə biləcək fəlakətlə bağlı xəbərdarlıq edib
“Koreya yarımadası 2017-ci ilin aprelindən bu vaxtadək davam edən geosiyasi böhran ərazisinə çevrilib. Pxenyan ballistik raketi sınaqdan keçirdikdən sonra Vaşinqton ilin sonuna qədər davam edən hərbi quruculuğa başladı. Koreya yarımadasında qəflətən əsassız hərbi kofliktin başlanması təhlükəsi var”.








.jpg)
.jpg)




