Gündəm

Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib

28 Dekabr 2017 17:01

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Şəhərsalma planına uyğun olaraq yol boyu tam yeni müasir yol infrastrukturu yaradılıb.

İsa Həbibbəyli: AMEA-nın hazırladığı orfoqrafiya qaydaları ictimaiyyətin müzakirəsinə verilsin

28 Dekabr 2017 16:58

Artıq Azərbaycanda ivrit, latın, hətta erməni dili üzrə də magistr səviyyəsində kadrlar hazırlanır. Məlumata görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Dil Komissiyasının iclasında çıxış edərkən deyib.

MSK Putinlə bağlı qərar verdi

28 Dekabr 2017 16:57

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinə imzatoplama kampaniyasına başlamağa icazə verib.  Bu haqda MSK-nın açıqlamasında deyilir. Vladimir Putin indi seçki fondunun formalaşdırılması üçün xüsusi hesabı aça bilər. Rusiyanın seçki qanunvericiliyinə görə, prezident postuna namizəd kimi qeydiyyata alınması üçün ən azı 300 min imza toplanılmalıdır. Bir regiondan toplanan imzalar isə 7,5 mindən çox olmamalıdır.

Türkiyədə hərbi hissəyə hücum - Yaralılar var

28 Dekabr 2017 16:53

Türkiyənin şərqindəki Hakkari vilayətində hərbi hissələrin birinə hücum edilib. Hücum nəticəsində azı 3 hərbçi həlak olub.

Gürcüstanda suyun qiyməti qalxıb

28 Dekabr 2017 16:51

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün su təchizatı tarifi artırılıb.  Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının qərarına əsasən, sayğacsız abunəçilər üçün 1 kub metr su üçün tarif adam başına 0,75 lari (0,28 USD) bahalaşıb. Sayğaclı abunəçilər üçün isə 1 kub metr üçün tarif 0,06 lariyə (0,023 USD) yaxın artırılıb.

“AzTV” və “Mədəniyyət TV” kanalları rəqəmsal yayıma başlayacaq

28 Dekabr 2017 16:49

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.  MTRŞ-dan verilən məlumata görə, iclasda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 1 yanvar 2018-ci il tarixdən  “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.

Yeni telekanalın açılması üçün elan olunmuş müsabiqənin qalibi açıqlanıb

28 Dekabr 2017 16:47

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda Şuranın 14 noyabr 2017-ci il tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş  “BAKU ART LAB”  MMC,  “Türkel TV” MMC, “MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Atadan VƏHŞİLİK: 6 aylıq oğlunu döydü, onurğasını sındırdı - VİDEO

28 Dekabr 2017 16:35

Ata öz uşağını sakitləşdirmək məqsədilə iki qatladı və öldürdü.  Hadisə ABŞ-ın Arizona ştatında baş verib. 30 yaşlı ata Robert Rezendiz 6 aylıq oğlu ilə evdə tək qalıb. Uşaq dayanmadan ağladığı üçün Robert əsəbiləşib və onu sakitləşdirmək məqsədilə atıb-tutmağa, kobud şəkildə oynatmağa başlayıb.

Bakıda uşağını satışa çıxaran şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 

28 Dekabr 2017 16:32

Bakıda elan saytlarında birində 40 günlük uşağın satışa çıxarılması hadisəsi ilə bağlı cinayət işi açılıb. Fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş başlanılıb. Polis əməkdaşları bu gün səhər saatlarında övladını satmaq istəyən Tovuz rayon sakini Orxan adlı şəxsin Hövsanda kirayə yaşadığı mənzilə baxış keçirib. Məlum olub ki, o, həyat yoldaşı və körpəsi ilə birgə gecə saatlarında evi tərk edərək uzaqlaşıb. Hazırda 24 yaşlı şəxsin saxlanılması istiqamətində iş aparılır.

Sənaye müəssisələrində qənaətli istehsal üsulları təşviq olunur

28 Dekabr 2017 16:29

Dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun və “ATEF” Şirkətlər Qrupunun təşkilatçılığı ilə “Qənaətli istehsal üsullarına əsaslanan model müəssisə” mövzusunda Konfrans keçirilib.

SMDP DK yanında İctimai Şuranın ilk iclası keçirilib

28 Dekabr 2017 16:28

Dekabrın 28-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, sədr Ramiz Həsənov çıxış edərək bildirib ki, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib.

İranlı əsgərlər Suriyada qətlə yetirildi

28 Dekabr 2017 16:25

Suriyada 6 iranlı əsgər qətlə yetirildi. Olaylar.az bildirir ki, İran İnqilaq Mühafizakrlar qrupunda xidmət edən əsgərlər Suriyadakı qarşıdurma zamanı qətlə yetiriliblər. Qətlə yetirilən əsgərlə Qum şəhərində dəfn olunublar.

Baş Prokurorluq Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə məlumata münasibət bildirib

28 Dekabr 2017 16:22

Baş Prokurorluq Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib. 

BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

28 Dekabr 2017 16:21

Dekabrın 28 –də Bakı Dövlət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi hadisə olduğunu,  ayrı-ayrı ölkələrdə yaşayan yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli olduğunu vurğulayıb.