Suraxanı rayonunda 2.7 km avtomobil yolu yenidən qurularaq istifadəyə verilib

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Şəhərsalma planına uyğun olaraq yol boyu tam yeni müasir yol infrastrukturu yaradılıb.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonunda 2.7 km avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Şəhərsalma planına uyğun olaraq yol boyu tam yeni müasir yol infrastrukturu yaradılıb. "OLAYLAR"-a Agentliyin mətbuat xidmətindən bildirilib ki, Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işləri də tam olaraq yekunlaşdırılıb. Təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir.Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına 6.7 min p/metr yeni səki daşı düzülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31