Gündəm
Məhkəmədən son qərar - Jurnalist üzr istəyəcək, Kamil Zeynallı təzminat ödəyəcək
Bu gün Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə (Əfruz) Ağayeva arasındakı məhkəmə işi ilə bağlı qərar qəbul edib. Bu barədə kamil Zeynallının vəkili Asif Abdullayev bildirib: "Ali məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladı. Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq".
Dövlət Neft Fondunun 2018-ci il büdcəsi təsdiqləndi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi haqqında fərman imzalayıb.
İqtisadiyyat Nazirliyi xarici ölkələrdəki ticarət nümayəndələrinin maliyyə təminatını həyata keçirəcək
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradıldı
Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.
Niderlandda sərnişinlər qatardan təxliyə edildi - Bomba həyəcanı
Niderlandda qatarın sərnişinləri təxliyə edilib. Yerli polisə Amsterdamdan Brüsselə hərəkət edən qatarda bomba qoyulması barədə təhdid məktubları daxil olub.
İranda etiraz aksiyası zamanı polislə qarşıdurma baş verdi
İranın Məşhəd şəhərinin sakinləri işsizlik və yoxsulluğun artmasına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları "Ruhaniyə ölüm, diktatora ölüm" şüarları səsləndirirlər və əllərində İranın ərəb regionuna müdaxiləsini pisləyən plakatlar tutublar. Aksiyada bir neçə min nəfər iştirak edir.
Salxab Məmmədov "Şərəf" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Salxab Məmmədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bir ay sonra Ermənistana ağır zərbə vurulacaq - Trampın YENİ PLANI
Tramp Administrasiyası 2018-ci ilin yanvar ayının sonuna kimi Konqresə “Kreml məruzəsi”ni təqdim edəcək. Ağ Ev Putin hakimiyyətində təmsil olunan məmurları və Kremlə yaxın biznesmenlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Flora Qasımova "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Flora Qasımovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Flora Qasım qızı Qasımova "Şöhrət" ordeni ilə təltif edilsin.
İtkin düşən alpinistlərlə bağlı izlər tapılıb - Açıqlama
Bu gün səhər saatlarından itkin düşən alpinistlərin axtarışı yenidən başlayıb. Bu barədə "Gilavar” klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
Rauf Babayev "Şöhrət" ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Rauf Babayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzlayıb.
Ermənipərəst müəllimin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Paytaxtda ingilis dili müəllimi fəaliyyət və davranışına görə işdən azad olunub. 220 nömrəli məktəb-liseydən verilən məlumata görə, liseyin rəhbərliyi tərəfindən ingilis dili müəllimi Rövşən Əzizovun fəaliyyəti və davranış uyğunsuzluğu ilə bağlı müvafiq daxili araşdırma aparılıb.
“SMART” TV populyarlaşır
“IHS Markit” analitik şirkətinin qiymətləndirməsinə görə, 2017-ci ildə “Smart TV” funksiyasına malik modellər qlobal televizor bazarının 60%-ni təşkil edəcək. Yeni statistika “Smart TV”-nin xeyli populyarlaşmasını sübut edir: 2011-ci ildə belə modellərin bazar payı 13% səviyyəsində idi, 2013-cü ildə artıq 35,3%, 2016-cı ildə isə 47%-ə yaxınlaşıb.
"Mançester Siti"nin kapitanı sıradan çıxdı
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Vensan Kompani uzun müddətə sıradan çıxıb. Komandanın kapitanı "Nyukasl" ilə Premyer Liqanın XX tur matçında xəsarət alıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 740 müəllim fəaliyyət göstərir
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir. “OLAYLAR”-ın xəbərinə görə, idarənin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.













