BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 740 müəllim fəaliyyət göstərir

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir. “OLAYLAR”-ın xəbərinə görə, idarənin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.

Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 740 müəllim fəaliyyət göstərir. "OLAYLAR"-ın xəbərinə görə, idarənin tabeliyində olan ümumi təhsil məktəblərində 406 027, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 2 965, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 1964 şagird olmaqla, ümumilikdə 410 956 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə keçirilib. Müvafiq müsabiqədə iştirak etmək üçün müraciət etmiş 1759 uşaqdan 1640-ı uğur qazanıb. 2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 694 uşaq qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31