"Mançester Siti"nin kapitanı sıradan çıxdı
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Vensan Kompani uzun müddətə sıradan çıxıb. Komandanın kapitanı "Nyukasl" ilə Premyer Liqanın XX tur matçında xəsarət alıb.
28 Dekabr 2017 17:05 İdmanİngiltərənin "Mançester Siti" klubunun futbolçusu Vensan Kompani uzun müddətə sıradan çıxıb. Komandanın kapitanı "Nyukasl" ilə Premyer Liqanın XX tur matçında xəsarət alıb.
Baş məşqçi Xosep Qvardiola zədənin ciddi olduğunu bildirib. O, belçikalı müdafiəçinin xidmətindən hələ çox yararlana bilməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, Vensan Kompani bu mövsüm 8 oyuna çıxıb. 31 yaşlı oyunçu iki həftəlik zədədən dekabrın 23-də "Bornemot"la oyun ərəfəsində qayıtmışdı. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31