Gündəm

Yeni “Google” sistemi mətnləri insan kimi səsləndirəcək

28 Dekabr 2017 19:11

“Google” şirkətinin mütəxəssisləri neyron şəbəkələr texnologiyasından istifadə etməklə mətni robot kimi deyil, canlı insan kimi oxuyan və səsləndirən yeni “Tacotron 2” sistemini yaradıblar.

Sərt disklərin işinin iki dəfə artırılması üsulu təklif edilir

28 Dekabr 2017 19:05

Bəşəriyyətin saxladığı və istifadə etdiyi məlumatların həcmi artdıqca daha tutumlu informasiya daşıyıcılarına tələbat yüksəlməklə yanaşı, onların oxunuşu və yazılışı üçün sürətin məhdud olması problemi kəskin xarakter alır. “Seagate” şirkəti sərt disklər (SSD) üçün problemin həlli ilə bağlı təklifini təqdim edib.

Qurğuları 5 metr məsafədən enerji ilə doldurmaq üçün üsul kəşf edilib

28 Dekabr 2017 19:00

ABŞ Federal Rabitə Komissiyasında (FCC) enerjinin doldurulduğu cihazdan bir neçə metr məsafədə işləyən “WattUp” enerjidoldurma qurğusu sertifikasiyadan keçib.

Sabancı Yeni ili Bakıda keçirəcək -  40 min alır

28 Dekabr 2017 18:55

Bu günlərdə 100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni ili Bakıda işləyərək qarşılayacaq. Türkiyənin ən varlı ailəsi olan Sabancıların gənc üzvü “Hilton” oteldə səhnəyə çıxacaq. Həmin gecə üçün Faruk 40 min dollar qonorar alacaq. Müğənni bayram şənliyində mahnılarını səsləndirəcək.

Özümüzə inamı itirmişik - Spalletti

28 Dekabr 2017 18:50

İtaliya kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Milan"a uduzaraq (0:1) mübarizəni dayandıran "İnter"in baş məşqçisi Luçano Spalletti oyunla bağlı fikirlərini bildirib. Spalletti mövsümə yaxşı başlamalarına baxmayaraq, son 3 matçda (2-si A seriyası, 1-i ölkə kubokunda) məğlub olan komandada fiziki problemin olmadığını, hər şeyin psixologiya ilə bağlı olduğunu deyib:

Dani Alveş Yeni İli Bakıda keçirəcək

28 Dekabr 2017 18:45

Braziliya millisinin və Fransanın PSJ komandasının futbolçusu Dani Alveş Yeni İl bayramını Bakıda qeyd edəcək. 34 yaşlı sağ cinah müdafiəçisi dekabrın 31-də "Hilton" otelində baş tutacaq şənliyə qatılacaq.

"Everton" "Beşiktaş"la anlaşdı

28 Dekabr 2017 18:40

"Beşiktaş"ın hücumçusu Cenk Tosun yanvar ayından "Everton"un formasını geyinəcək. Bu barədə məlumatı Britaniyanın yüksək tirajlı "Guardian" nəşri yayıb. Xəbərdə bildirilir ki, forvardla bir müddət əvvəl ortaq məxrəcə gələn Liverpul klubu, nəhayət ki, "Beşiktaş"la da anlaşıb. Klublar arasındakı razılığa görə, "Everton" transfer müqabilində Superliqa çempionuna 30 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, Cenk Türkiyədən Avropaya ən yüksək məbləğ qarşılığında yollanan futbolçu olacaq. Keçidin yanvarın ilk günlərində rəsmiləşməsi gözlənilir.

İspaniyalı baş məşqçi yığmamızdan ehtiyatlanır

28 Dekabr 2017 18:35

"2018-ci ildəki ən vacib vəzifəmiz Avropa çempionu adını qazanmaqdı. Biz bu titulu yenidən əldən etmək üçün alışıb-yanırıq". Bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Xose Venansio Lopes deyib. UEFA-nın rəsmi saytına müsahibə verən təcrübəli mütəxəssis Sloveniyada keçiriləcək qitə çempionatındakı hədəflərini açıqlayıb.

Gürcüstanda məktəb direktorları üçün dövlət dilini bilmək məcburi olacaq

28 Dekabr 2017 18:30

2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək. Məlumata görə, Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: “Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”.

Türkiyə və ABŞ arasında viza problemi həll olunub

28 Dekabr 2017 18:24

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb. Məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.

Rusiyanın kosmosa yolladığı peyk istiqamətini dəyişib - İNANILMAZ SƏBƏB

28 Dekabr 2017 18:20

Rusiyanın “Rocosmoc” şirkəti tərəfindən noyabr ayında fəzaya buraxılan peyk tamamilə fərqli istiqamətə gedib. Bu barədə mətbuata Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin məlumat verib. Onun sözlərinə görə, proqramda yol verilən səhvlərə görə, peyk lazım olan istiqamətə göndərilə bilməyib: “Dəyəri 45 milyon ABŞ dolları olan peykin idarəetməsini itirmişik.

Qabriel Matey "Zirə"dən gedir

28 Dekabr 2017 18:18

Qabriel Matey "Zirə" ilə yolları ayırmağa hazırlaşır.   27 yaşlı müdafiəçi "Bruk-Bet Termalits" klubu ilə razılığa gəlib. Onun yaxın günlərdə Polşa təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir. Xəbərdə Q.Mateyin qiymətinin 450 min avro olduğu yazılıb.

ATƏT: "Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü vacibdir və ümidvericidir"

28 Dekabr 2017 18:14

"Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutmuş görüşü vacibdir və müəyyən mənada ümidvericidir". Bunu ATƏT-ə müsahibəsində bu təşkilatın fəaliyyətdə olan sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günrter Baxler deyib.

Alpinistlər necə yoxa çıxıblar? – Departamentdən açıqlama

28 Dekabr 2017 18:05

““Gilavar” ekstrim və idman klubundan ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə daxil olmuş müraciətə əsasən, klubun təcrübəli dağçılardan ibarət qrupuna 23-25 dekabr 2017-ci il tarixlərində Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsinə qalxmasına icazə verilməsi xahiş edilib”.