Gündəm
Məhkumlar həbsxanadan qaçdılar
Nigeriyanın Akva İbom bölgəsində yerləşən həbsxanadan 47 məhkum qaçıb. Bu barədə bölgənin polis rəisi Oqbaye J. Oqbaye məlumat verib. Onun sözlərinə görə, məhkumlar həbsxana divarını baltayla yararaq qaçıblar.
Türkiyədə GÜCLÜ PARTLAYIŞ
Türkiyənin Adana şəhərində güclü partlayış baş verib. Hadisə şəhərin Seyhan rayonunda polis şöbəsinin yaxınlığında qeydə alınıb.
İbodan sevənlərinə şad xəbər
Tanınmış türkiyəli müğənni İbrahim Tatlısəs son açıqlaması ilə Türkiyədə hamını heyran qoyub. Müğənni 2019-cu ildə yeni albom buraxacağını bildirib. İ.Tatlısəs qeyd edib ki, Allah onu mağaradan çıxararaq saraylara yerləşdirib: "Allah mənə hər şey verdi - villalar, şan-söhrət. Bundan sonra da yoluma davam edəcəyəm".
Karlov cinayətində kim həbs edildi?
Ötən ilin dekabrın 19-da Türkiyənin paytaxtı Ankarada təşkil edilən sərgidə öldürülən Rusiya səfiri Andrey Karlovun işi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində daha bir nəfər həbs edilib.
Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti keçirilib. Konsertdə Musiqi sənəti fakültəsinin tələbələri Nəzakət Veysəlova R.Səfərlinin “Yeni il”, Həmid Həmzəyev “Por una Cabeza”, Kamil Qədimzadə F.Əmirovun “Reyhan”, Məlik Məmmədov “You are so beautiful”, “Let it snow”, Aytac Fərəcova “The shadow of your smile”, Cəlal Məlikli A.Məlikovun “Yeni il”, Əli Bayramov, Bahadur Həsənov, İlyas Murad “Bamboleo”, Aytac Şahmar qızı “Cheek to cheek”, Xasay Şıxıyev T.Quliyevin “Yeni il”, Xanım Əliyeva, Yekaterina İsayeva, Aytac Fərəcova, Məlik Məmmədov və Həmid Həmzəyev isə M.Maqomayevin “Odlar yurdu” və digər əsərləri səsləndiriblər.
2017 - ci ildə Azərbaycanda ən çox satılan kitablar
Həmrəylik Günü və Yeni il universitetdə qeyd olundu
Azərbaycan Dillər Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla bildirib ki, neçə gündür hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur və hamı bir-birini təbrik edir, arzularını çatdırır, xoş sözlər deyir. Bu, Azərbaycanın bugünkü mənzərəsidir. Təxminən 20 il əvvəlki mənzərə isə son dərəcə fərqli idi:
“Galaxy Note 8” smartfonunda akkumulyatorla əlaqədar kütləvi problem aşkar edilib
Qabaqcıl “Galaxy Note 8” smartfonunun istifadəçiləri qurğuda akkumulyatorla bağlı problem aşkar ediblər. Məlum olub ki, bəzi istifadəçilərdə cihazın şarjı 0%-ə düşdükdə daha enerji toplamır.
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Öd kisəsi xəstəlikləri ən çox yayılmış xəstəliklərin sırasındadır. Öd kisəsinin sağlamlığını qorumaq üçün həkimlər düzgün qidalanmaq, daha hərəkətli olmaq, idman və bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər.
Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?
Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir. Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir. Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən - mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.
Diqqət: Fındıq yemək üçün 7 SƏBƏB...
Zəngin tərkibə malik olan fındıq diyetologiyada çox faydalı məhsul sayılır. Sizə fındığın faydalı xüsusiyyətləri ilə tanış olmağı təklif edirik.
Uşağın cinsi necə formalaşır?
Daxilində 46 sayda xromosom olan digər bütün insan hüceyrələrindən fərqli olaraq, yumurta hüceyrəsi və spermatozoidin daxilində yalnız 23 sayda xromosom olur.
Yaşıl qozun balla qarışığı - Min bir dərdin dərmanı!
Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur. Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.
“YAPE” robotu şəhərdə bağlamalar çatdıracaq
Pilotsuz uçan aparatlardan çatdırılma üçün mövcud texniki və qanunvericilik problemlərini aradan qaldıraraq istifadənin tələb olunmasına görə yerüstü avtonom robot modelləri əksər hallarda dronları əvəzləyərək şəhər daxilində tez çatdırılmanı təmin edə bilər. Oxşar son robotlardan biri İtaliyanın “e-novia” şirkəti tərəfindən hazırlanan “YAPE” robotudur.
Bu ölkədə messencerdən virtual şəxsiyyət vəsiqəsi kimi istifadə ediləcək
Çinin Quancjou şəhərində “WeChat” messencerinin virtual şəxsiyyət vəsiqəsi kimi tətbiqi üzrə pilot layihə istifadəyə verilib.














