Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Beynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti keçirilib. Konsertdə Musiqi sənəti fakültəsinin tələbələri Nəzakət Veysəlova R.Səfərlinin “Yeni il”, Həmid Həmzəyev “Por una Cabeza”, Kamil Qədimzadə F.Əmirovun “Reyhan”, Məlik Məmmədov “You are so beautiful”, “Let it snow”, Aytac Fərəcova “The shadow of your smile”, Cəlal Məlikli A.Məlikovun “Yeni il”, Əli Bayramov, Bahadur Həsənov, İlyas Murad “Bamboleo”, Aytac Şahmar qızı “Cheek to cheek”, Xasay Şıxıyev T.Quliyevin “Yeni il”, Xanım Əliyeva, Yekaterina İsayeva, Aytac Fərəcova, Məlik Məmmədov və Həmid Həmzəyev isə M.Maqomayevin “Odlar yurdu” və digər əsərləri səsləndiriblər.
28 Dekabr 2017 22:10 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin konserti keçirilib.
Konsertdə Musiqi sənəti fakültəsinin tələbələri Nəzakət Veysəlova R.Səfərlinin "Yeni il", Həmid Həmzəyev "Por una Cabeza", Kamil Qədimzadə F.Əmirovun "Reyhan", Məlik Məmmədov "You are so beautiful", "Let it snow", Aytac Fərəcova "The shadow of your smile", Cəlal Məlikli A.Məlikovun "Yeni il", Əli Bayramov, Bahadur Həsənov, İlyas Murad "Bamboleo", Aytac Şahmar qızı "Cheek to cheek", Xasay Şıxıyev T.Quliyevin "Yeni il", Xanım Əliyeva, Yekaterina İsayeva, Aytac Fərəcova, Məlik Məmmədov və Həmid Həmzəyev isə M.Maqomayevin "Odlar yurdu" və digər əsərləri səsləndiriblər.
Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevanın rəhbərliyi ilə keçirilən konsertdə Universitetin tələbələrində ibarət Estrada-simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru Allahyar Vəzirovun müşayiəti ilə Q.Qarayevin "Yeddi gözəl" baletindən "Ayşənin rəqsi", T.Quliyevin "Bəxtiyar" k/f-dən "Uvertüra", Xor kollektivinin rəhbəri Təranə Yusifovanın müşayiəti ilə isə tələbələrin ifasında "ABBA" qrupuna məxsus olan "Happy new year" mahnısı ifa olunub.