Gündəm
Yeni ildə əhalinin sayı 7,444 milyard nəfərə çatacaq
2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır. Bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər. "Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 11,8 nəfər öləcək", - deyə TASS məlumatı sitat gətirir.
Ermənistan prezidenti S.Sərkisyan Gürcüstanı hədələdi- Mübariz Əhmədoğlu
Gürcüstana səfər edən Ermənistan prezidenti S.Sərkisyan prezident Q.Marqvelaşvili və baş nazir Q.Kvirikaşvili ilə görüşdü. S.Sərkisyan diplomatik praktikanı pozaraq Gürcüstana səfərə gəldi: Dekabrın 1-də Gürcüstanın baş naziri Ermənistana səfər etməli idi. Səfərə vur-tut 5-6 saat qalmış Gürcüstan baş nazirinin səfəri təxirə salındı. Belə halda Ermənistan rəhbəri yalnız Gürcüstan rəhbərliyinin Ermənistana səfəri baş tutduqdan sonra Gürcüstana səfəri reallaşdırmalı idi. S.Sərkisyanın Gürcüstana çatdırmalı mesajı olduğu üçün “qaydanı pozdu”.
2017 - Uğurlu başlanğıclar ili
Müstəqilliyimizin bərpa olunmasından sonra yaşadığımız hər bir il xalqımızın müstəqillik tarixində öz izlərini qoyur. Çox da uzun olmayan bu tarixin həm ağrı-acıları, həm də sevinc, fərəh, güvən gətirən məqamları yaddaşımızın arxivinə toplandıqca keçilən yolla qürur duyuruq.
Rusiyadan ABŞ-a XƏBƏRDARLIQ
Rusiya prezident seçkiləri ilə bağlı ABŞ-a xəbərdarlıq edib. Rəsmi Moskva ABŞ-dan gələn il Rusiyada keçiriləcək prezident seçkilərinə qarışmamasını tələb edib.
“Ərdoğan hədəflərinə çatmayacaq!” - 100 nəfərlik ordunun Türkiyəyə qarşı QORXUNC PLANI
PKK terror təşkilatının yüksək rütbəli hərbi komandirlərindən olan Siyabend Velad ABŞ-dan aldıqları son təlimatı açıqlayıb. Terror təşkilatının media qurumu ANF-ə danışan Velad ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) onlara “Türkiyə ilə sərhəddə 100 min nəfərlik ordu qurun, bütün gücümüzlə yanınızdayıq” dediyini söyləyib.
Sabahdan 5 gün iş olmayacaq
Sabahdan - dekabrın 30-dan Azərbaycanda 5 günlük tətil başlayır. Məlumata görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.
25 illik küsülülüyə SON QOYULDU
Azərbaycanlı oliqarxların yeni trendi - rəqəmlər eyni, nömrələr 20-40 min manat - VİDEO və FOTOLAR
Yaşları bir o qədər də çox olmayan oliqarxların yeni nömrə trendləri yaranıb. Gecə həyatları, lüks yaşamları ilə hər kəsin diqqətində olan bu “zümrə” fərqlilikləri ilə seçilir. Bu dəfəki axınları isə möhtəşəm maşınları və həmin maşınların avtomobil qiymətindəki nömrələridir.
Canlı yayımda NÖVBƏTİ İNTİHAR
London sakini Greqori Tomkins videoçata qoşularaq birbaşa yayımda intihar edib. Bu haqda “The Daily Mail” nəşri bildirib. Məlumata görə, 39 yaşlı kişi bir-birini hər hansı məhdudiyyətlərsiz təhqir etmək imkanına malik olan və bütün dünyada 6 milyon üzvün olduğu “Paltalk” xidmətində qeydiyyatdan keçmişdi.
Tanınmış model və həyat yoldaşı güllələndi - FOTO
Venesuela modeli Andreina Elisabet Eskalona Meksikanın Nuevo-Leona ştatının San-Pedro şəhərində disko klubdan çıxarkən avtomobildə öldürülüb. Yerli polisin məlumatına görə, 27 yaşlı qız avtomobildə güllələnib.
Mədət Quliyev Faiq Ağayevin konsertində
Dekabrın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan konsert proqramı təqdim edilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, mədəniyyət və incəsənət xadimləri, tanınmış ifaçılar və digər qonaqlar iştirak ediblər.
Şirniyyat mağazasında İYRƏNC GÖRÜNTÜLƏR - Siçovul vitrindən “oğurluq edir”
Türkiyənin İstanbul şəhərində şirniyyat mağazasından yayılan görüntülər bütün ölkəni ayağa qaldırıb. İstanbulun Ümraniye rayonunda yerləşən mağazada siçovulun şirniyyatın üstündə gəzməsi görənləri şoka salıb. İyrənc görüntülər sosial şəbəkə istifadəçilərinin kəskin narazılığına səbəb olub.
1 yaşlı körpənin boğazında daş qaldı - BAKIDA
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Sabunçu bazarı yaxınlığında yaşayan 2016-ci il təvəllüdlü İsmayılov Nazim Ziyafət oğlu evin həyətyanı sahəsində yerdən daş götürərək udub.
Keçmiş futbolçu ölkə prezidenti seçildi
1990-cı illərdə “Monako”, “PSJ” və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib. Bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.
"Müasir Azərbaycan animasiyası" mövzusunda konfrans
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində animasiya studiyalarının təmsilçiləri, rejissorlar, prodüserlər, rəssamlar və kinoşünasların iştirakı ilə "Müasir Azərbaycan animasiyası" mövzusunda konfrans keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə "Azərbaycan animasiyası" kitabının təqdimatı baş tutub. Kitabın tərtibatçısı Rəşid Ağamalıyev yerli və xarici ekspertlər tərəfindən ərsəyə gələn, Azərbaycanda ilk dəfə təqdimatı baş tutan bu kitab haqqında ətraflı məlumat verib.














.jpg)