Həmrəylik Günü və Yeni il universitetdə qeyd olundu
Azərbaycan Dillər Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib. ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla bildirib ki, neçə gündür hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur və hamı bir-birini təbrik edir, arzularını çatdırır, xoş sözlər deyir. Bu, Azərbaycanın bugünkü mənzərəsidir. Təxminən 20 il əvvəlki mənzərə isə son dərəcə fərqli idi:
28 Dekabr 2017 21:35 MədəniyyətAzərbaycan Dillər Universitetində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib. Tədbirdə Həmrəylik Günü və Yeni il barədə ümumi məlumat verilib.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla bildirib ki, neçə gündür hər yerdə bayram əhval-ruhiyyəsi hiss olunur və hamı bir-birini təbrik edir, arzularını çatdırır, xoş sözlər deyir. Bu, Azərbaycanın bugünkü mənzərəsidir. Təxminən 20 il əvvəlki mənzərə isə son dərəcə fərqli idi: "Azərbaycan ulu öndər Heydər Əliyevin prezident kimi Azərbaycan siyasətinə dönüşündən əvvəl parçalanma və vətəndaş müharibəsi ərəfəsində olan bir ölkə idi. Bu gün isə ölkəmiz dəyişir, inkişaf edir və bu inkişaf bütün bölgələrdə də özünü göstərir. Təkcə şəhər, küçə, meydan, parklar deyil, bununla yanaşı, Azərbaycan insanı mənən dəyişir, onun mənəviyyatı, dünyagörüşü dəyişir. Belə bir Azərbaycanı daha yeni qələbələr gözləyir".
Daha sonra tədbirin bədii hissəsi başlayıb. Universitetin tələbələri tərəfindən Azərbaycan, ingilis, rus, ispan, ibri, fransız, alman, yapon, Koreya, türk dillərində musiqi nömrələri, "Segah" təsnifi, ADU-nun "Dalğa" rəqs ansamblının ifasında şənlik rəqsi, eyni zamanda İndoneziya, Çin və Hindistan rəqs nümüunələri nümayiş olunub, şeirlər, monoloqlar səsləndirilib.
Tədbirdən sonra universitetin tələbələri və əməkdaşları üçün bayram süfrəsi açılıb və diskoteka təşkil olunub.