"Everton" "Beşiktaş"la anlaşdı
"Beşiktaş"ın hücumçusu Cenk Tosun yanvar ayından "Everton"un formasını geyinəcək. Bu barədə məlumatı Britaniyanın yüksək tirajlı "Guardian" nəşri yayıb. Xəbərdə bildirilir ki, forvardla bir müddət əvvəl ortaq məxrəcə gələn Liverpul klubu, nəhayət ki, "Beşiktaş"la da anlaşıb. Klublar arasındakı razılığa görə, "Everton" transfer müqabilində Superliqa çempionuna 30 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, Cenk Türkiyədən Avropaya ən yüksək məbləğ qarşılığında yollanan futbolçu olacaq. Keçidin yanvarın ilk günlərində rəsmiləşməsi gözlənilir.
28 Dekabr 2017 18:40 İdman"Beşiktaş"ın hücumçusu Cenk Tosun yanvar ayından "Everton"un formasını geyinəcək. Bu barədə məlumatı Britaniyanın yüksək tirajlı "Guardian" nəşri yayıb. Xəbərdə bildirilir ki, forvardla bir müddət əvvəl ortaq məxrəcə gələn Liverpul klubu, nəhayət ki, "Beşiktaş"la da anlaşıb. Klublar arasındakı razılığa görə, "Everton" transfer müqabilində Superliqa çempionuna 30 milyon avro ödəyəcək. Bu isə o deməkdi ki, Cenk Türkiyədən Avropaya ən yüksək məbləğ qarşılığında yollanan futbolçu olacaq. Keçidin yanvarın ilk günlərində rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Cenk Tosun bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində 4 qola imza atıb. Apasport.az