Özümüzə inamı itirmişik - Spalletti
İtaliya kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Milan"a uduzaraq (0:1) mübarizəni dayandıran "İnter"in baş məşqçisi Luçano Spalletti oyunla bağlı fikirlərini bildirib. Spalletti mövsümə yaxşı başlamalarına baxmayaraq, son 3 matçda (2-si A seriyası, 1-i ölkə kubokunda) məğlub olan komandada fiziki problemin olmadığını, hər şeyin psixologiya ilə bağlı olduğunu deyib:
28 Dekabr 2017 18:50 İdmanİtaliya kubokunun 1/4 final mərhələsində əzəli rəqibi "Milan"a uduzaraq (0:1) mübarizəni dayandıran "İnter"in baş məşqçisi Luçano Spalletti oyunla bağlı fikirlərini bildirib. Spalletti mövsümə yaxşı başlamalarına baxmayaraq, son 3 matçda (2-si A seriyası, 1-i ölkə kubokunda) məğlub olan komandada fiziki problemin olmadığını, hər şeyin psixologiya ilə bağlı olduğunu deyib:
"Özümüzə inamı itirmişik. Fiziki heç bir problem yoxdu, hər şey psixologiya ilə bağlıdı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Yaddan çıxarmamlıyıq ki, heç kim "İnter"in problemlərini bizim yerimizə həll etməyəcək. Çox çalışmaq lazımdı".
Xatırladaq ki, "İnter" A seriyasının 18 turundan sonra 40 xalla 3-cü pillədə qərarlaşıb. Komanda.az