Gürcüstanda məktəb direktorları üçün dövlət dilini bilmək məcburi olacaq

2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək. Məlumata görə, Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: “Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir”.

2018-ci ildə Gürcüstanda etnik azlıqların yaşadığı bölgələrdəki orta məktəblərin direktorları yeni qaydalara əsasən seçiləcək. Məlumata görə, Gürcüstanın təhsil və elm nazirinin müavini Lia Giqauri yerli təhsil portalına deyib ki, direktor vəzifəsinə namizədlər üçün gürcü dilini bilmək məcburi olacaq. O bildirib ki, etnik azlıqların kompakt yaşadığı bölgələrdə yerləşən orta məktəblərin yeni direktorlarına da dövlət dili ilə bağlı tələb qoyulacaq: "Kvemo Kartli bölgəsində 9 məktəbin direktoru yoxdur və ilkin mərhələdə məhz həmin məktəblərdə direktor vəzifəsinin tutulması ilə bağlı müsabiqə elan olunacaq. Gürcü dilini bilmək hər namizəd üçün vacib şərtdir".
Nazir müavini əlavə edib ki, gələn il məktəb direktorlarının sertifikatlaşdırılması da həyata keçiriləcək.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31