SMDP DK yanında İctimai Şuranın ilk iclası keçirilib

Dekabrın 28-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, sədr Ramiz Həsənov çıxış edərək bildirib ki, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib.

Dekabrın 28-də Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvlərinin ilk iclası keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, sədr Ramiz Həsənov çıxış edərək bildirib ki, müasir vətəndaş cəmiyyətinin əsas özəyi kimi qeyri-hökumət təşkilatları yeni mərhələyə qədəm qoymaqla vətəndaş cəmiyyətinin formalaşmasında öz sözünü deyə bilib. Ölkənin demokratikləşməsi prosesində vətəndaş cəmiyyəti institutlarının rolunun getdikcə artdığını deyən komitə sədri əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələri parlamentə təqdim edilib, eyni zamanda, QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. 2012-ci ildə dövlət başçısı tərəfindən "Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı" təsdiq edilib. 2016-cı ildə daha bir Fəaliyyət Planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. O, Komitənin fəaliyyətində ictimai iştirakçılığı təmin etmək zərurətinin daha da aktuallaşdığını bildirən sədr bu məqsədlə Komitə yanında İctimai Şura yaradıldığını bildirib. Sonra Komitə sədri Ramiz Həsənov İctimai Şuraya üzv olan qeyri-hökumət təşkilatı sədrlərinə üzvlük vəsiqələrini təqdim edib. 2 il müddətinə fəaliyyət göstərəcək Şuranın sədri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31