Prezident İlham Əliyev bir sıra şəxsləri "Dostluq" ordeni ilə təltif etdi
28 Dekabr 2017 15:50 SiyasətPrezident İlham Əliyev M.Vardinoyannisin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis "Dostluq" ordeni ilə təltif edilsin.
XXX
Prezident İlham Əliyev R.V.İlatovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov "Dostluq" ordeni ilə təltif edilsin.
XXX
Prezident İlham Əliyev D.K.Kıdırəlinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli "Dostluq" ordeni ilə təltif edilsin. AZƏRTAC