AQUP DK-da kollegiya iclası keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət ailə, qadın və uşaq siyasəti sahəsində 2017-ci ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində dövlət ailə, qadın və uşaq siyasəti sahəsində 2017-ci ilin yekunlarının və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib. "Olaylar" xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqətlə yanaşır, eyni zamanda Heydər Əliyev Fondu da öz növbəsində təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və digər istiqamətləri əhatə edən xeyli sayda əhəmiyyətli layihələr həyata keçirir. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Mehriban xanım Əliyevanın Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı qadınlarımızın ictimai-siyasi prosesdə daha da aktiv iştirak etmələrinə stimul yaratmışdır. Daha sonra Komitə sədri bildirib ki, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması üçün Komitənin nəzdində İctimai Şura yaradılmışdır. O, qeyd edib ki, İctimai Şura dövlət qurumlarının transparent fəaliyyətinə müsbət təsir göstərir". Sonda Dövlət Komitəsinin sədri il ərzində ailə, qadın və uşaq istiqamətlərində görülən işlər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat vermiş, həllini gözləyən bir sıra məsələlərə münasibət bildirmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31