Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq ən yüksək səviyyəyə çatıb

Azərbaycnla Rusiya arasındaka döstluq ənənələrinin çoxəsirlik tarixi olsa da ölkəmiz müstəqillik əldə etdikdən sonra bu münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Xüsusən prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsidə nəinki dostluq ənənələri qorunub saxlanıb, hətta münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına nail olunub. Xüsusilə qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur.

Mehriban Əliyevanın fəaliyyəti bu əməkdaşlığın inkişafında mühüm rol oynayır

Azərbaycnla Rusiya arasındaka döstluq ənənələrinin çoxəsirlik tarixi olsa da ölkəmiz müstəqillik əldə etdikdən sonra bu münasibətlər yüksələn xətt üzrə inkişaf edib. Xüsusən prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsidə nəinki dostluq ənənələri qorunub saxlanıb, hətta münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasına nail olunub. Xüsusilə qeyd edək ki, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın və şəxsən Prezident V.Putinin vasitəçilik səylərini yüksək qiymətləndirir. Moskvanın siyasi dairələri də Azərbaycanın geostrateji rolunu dəqiq dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir. Birmənalı şəkildə qeyd etmək olar ki, hazırda ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına əsaslanır. Bu əlaqələrin qurulması və yüksələn xətlə inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır.
 Məhz Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində iki ölkə arasında humanitar əməkdaşlıq ən yüksək səviyyəyə çatdırılıb. Bu əməkdaşlığın bariz göstrəricisi kimi 2010-cu ildə Bakıda Azərbaycan-Rusiya Humanitar Forumunun və hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il Bakı beynəlxalq humanitar forumlarının keçirilməsini göstərmək olar. Sözgedən tədbirlərdə hər iki ölkədən ən yüksək səviyyədə nümayəndə heyətlərinin iştirakı, müzakirə olunan məsələlərin əhatəliyi və aktuallığı, onun artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsi və beynəlxalq miqyasda qəbul edilmiş platformaya çevrilməsi Azərbaycan-Rusiya humanitar əlaqələrinin təkcə ikitərəfli deyil, həmçinin beynəlxalq səviyyədə humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz göstəricisidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində Rusiya ilə Azərbaycan arasında mədəni irsin qorunub saxlanılması məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən illər ərzində Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində knyaz Vladimirə abidə ucaldılıb, Azərbaycanda, demək olar, bütün pravoslav kilsələri bərpa edilib. Dövlət vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilib. Müqəddəs Mirodaşıyan Zövcələr Kafedral Kilsəsi bərpa edilib. Bütün bunlar isə iki ölkə arasında mövcud əlaqələrin səviyyəsi ilə yanaşı, həm də Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı etimada söykənən mədəni əməkdaşlıq mühitindən xəbər verir. O da etiraf edilməlidir ki, Azərbaycanla Rusiya arasında ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə mühüm önəm verilir. Humanitar sahədə qarşılıqlı əlaqələr prioritet olaraq inkişaf etdirilir. Hazırda Bakıda rus dilində xeyli qəzet və jurnal nəşr olunur, çoxlu sayda rus dilində məktəb var, on minlərlə Azərbaycan vətəndaşı Rusiyada təhsil alır. 2010-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.
Məhz ölkəmizdə həyata keçirilən bi siyasət, xüsusən Mehriban xanım Əliyevanın humanizm, mərhəmət, xoşməramlı təşəbbüsləri, xeyriyyəçilik fəaliyyəti dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi də dediklərimizin bariz nümunəsidir. Belə ki, dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edən Patriarx Kirill qeyd edib: "Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim". Bu isə onun göstəricisidir ki, Mehriban xanım Əliyeva öz əməlləri ilə ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Rusiyada deyil, dünyanın bir çox ölkələrində xöşməramlı missiyasını davam etdirir. Bir müddət öncə Heydər Əliyev Fondunun fəaliyyəti Vatikan rəsmiləri tərəfindən də yüksək qiymətləndirilərək , Fondun prezidenti Mehriban xanım Əliyevanın əməyi layiqincə dəyərləndirilmişdi. Sözssüz ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi işlər ölkələrarası münasibətlərə, o cümlədən tolerantlığa, dinlər, millətlərarası münasibətlərə böyük stimul və təkan verir. Fondun prezidentinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi bu fikri növbəti dəfə təsdiqləməklə bərabər, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət edir. Rusiyanın patriarxı Kirill tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi həm də bu ölkənin Azərbaycana qarşı səmimi münasibətinin təzahürü kimi qəbul edilməlidir. Məhz belə fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanla Rusiya arasında məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq hökm sürməkdədir. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında əməkdaşlıq səviyyəsi genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31