Rusiya seçki dəhlizinə daxil oldu

“Şimal qonşumuz seçki dəhlizinə daxil oldu. Maraqlı proseslər gedir”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev deyib ki, Rusiya Federasiyası seçkiləri bizim siyasi müqəddaratımıza birbaşa təsirə malik aksiyadır: “Ona görə də baş verənləri diqqətlə izləmək lazımdır. Əvvəldə onu bildirim ki, əsas namizəd Putin vəziyyətdən narahatdır. Qənaətimi əsaslandırım. Əsas alternativi Navalnının qeydə alınmasına imkan vermədi.

"Şimal qonşumuz seçki dəhlizinə daxil oldu. Maraqlı proseslər gedir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Vətəndaş və İnkişaf Partyasının sədri Əli Əliyev deyib ki, Rusiya Federasiyası seçkiləri bizim siyasi müqəddaratımıza birbaşa təsirə malik aksiyadır: "Ona görə də baş verənləri diqqətlə izləmək lazımdır. Əvvəldə onu bildirim ki, əsas namizəd Putin vəziyyətdən narahatdır. Qənaətimi əsaslandırım. Əsas alternativi Navalnının qeydə alınmasına imkan vermədi. Liberal çevrədən yalnız, vaxtilə atasının yanında işlədiyi Sobçakın namizədliyinə razılıq verdi. Namizədliyini özünün "Yedinaya Rossiya" partiyası və təşəbbüskarı olduğu "Rusiya Xalq Cəbhəsi" tərəfindən deyil, seçicilərin təşəbbüs qrupu adından irəli sürməklə, özünü daha xəlqi və qurumlarüstü namizəd olduğunu ifadə etdi. Əsas opponenti Züqanovu namizədliyindən imtina etdirərək, neytral bir şəxsi irəli sürdürdü. Digər parlament fraksiyası rəhbəri, formasız və amorf Mironova özünün müdafiəçisi rolunu həvalə edib və "Spravedlivaya Rossiya" Putini dəstəkləmək qərarı verdi. Bütün sadalananlar artıq baş vermiş hadisələrdir. Hələ qarşıda xeyli koloritli hadisələrin olacağı şübhə doğurmur". Partiya sədri deyib ki, artıq Avropa Birliyi Navalnının qeydiyyatından imtina edilməsi ilə əlaqədar seçki nəticələrinə şübhə kölgəsi salıb: "Yəqin belə reaksiyalar yenə olacaq.  Yeni sanksiyalar dalğasından qorunmağa çalışan rəsmi Kreml, iki ziyan arasında seçmək məcburiyyətindədir. Ya prosesi axarına buraxıb Qərbin təzyiqindən qorunmalı, ya da daxili gərginliyi nəzərə alıb total nəzarətli və ehtiyatlı kampaniya keçirməli idi. İkinci yolun seçilməsi Rusiya daxilində gərginliyin yüksək olmasının əlamətidir". Əli Əliyev deyib ki, artıq Putin seçimini edib: "Görək rus xalqı nə deyəcək. Təbii ki, Rusiyanın dünya hegemonluğunda gözü olan əlehdarlarının da davranışı maraqlı olacaq. Trampın timsalında ABŞ üçün revanş pəncərəsi yaranıb. İzləyək, maraqlı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31