“Gənclər üçün Elektron Hökumət” konfransı keçirilib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Gənclər üçün Elektron Hökumət” konfransı baş tutub.
28 Dekabr 2017 13:20 SosialNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə "Gənclər üçün Elektron Hökumət" konfransı baş tutub. "OLAYLAR"-ın xəbərinə görə, konfrans 2017-ci ildə İKT və Elektron Hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, "Gənclər üçün Elektron Hökumət" adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə həyata keçirilib. Konfrans çərçivəsində "Gənclər üçün elektron Hökumət Müsabiqəsi"nin qaliblərinin elan edilməsi və mükafatlandırma mərasimi keçirilib.