Gündəm

Bakıətrafı dəmir yolu xətləri bərpa olunacaq

28 Dekabr 2017 11:33

Bakıətrafı dəmir yolu xətləri bərpa olunacaq. Prezident İlham Əliyev Bakı şəhərinin ətrafında dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib. “Olaylar” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.Onun sözlərinə görə, bu məqsədlə dövlət investisiya proqramı çərçivəsində vəsaitin ayrılması nəzərdə tutulub: "Bu, Bakıətrafı kənd və qəsəbələrin əlaqələndirilməsi üçün imkan yaradacaq".

Maliyyə naziri: "Bu ilin yekununda Azərbaycanda 0,2% iqtisadi geriləmə gözləyirik"

28 Dekabr 2017 11:31

"Azərbaycan iqtisadiyyatında ötən ildən geriləmə olsa da, bu il onun sürəti xeyli azaldılıb. Sözügedən göstərici ötən ilki 3,9%-dən bu il 0,2%-ə endirilib və bu ilin yekununda Azərbaycanda təxminn bu qədər iqtisadi geriləmə gözləyirik".“Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Samir Şərifov: "Manatın daha da bahalaşmasına təzyiqlər mövcuddur"

28 Dekabr 2017 11:30

2017-ci il Azərbaycanda iqtisadi baxımdan sabitləşmə ili kimi yadda qalacaq. “Olaylar” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu il hökumət daha çox ölkə iqtisadiyyatının 2015-2016-cı illərdə məruz qaldığı xarici şokların təsiri ilə yaranmış problemlərin həlli ilə məşğul olub və makro-iqtisadi vəziyyətin sabitləşməsinə səy göstərib: "Artıq görülmüş tədbirlər nəticə verib və 11 aylıq statistika göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib.

Suriyalılar həbs olundu – Türkiyədə

28 Dekabr 2017 11:28

Türkiyənin Bursa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, 200 polisin iştirak etdiyi əməliyyatda 38 suriyalı həbs olunub. Bursanın Osmanqazi, Yıldırım və İnəgöldə vilayətlərində, 11 ayrı – ayrı ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin evlərində müxtəlif növ silah –sürsat aşkarlanıb.

Azərbaycan XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir

28 Dekabr 2017 11:27

"Biz Səudiyyə Ərəbistanına raket hücumlarını qınayırıq". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H. Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: "Regionda sülhün və sabitliyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq".

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib

28 Dekabr 2017 11:25

Qırğızıstanda 100-dək məktəbli dəm qazından zəhərlənib.  Məlumata görə, hadisə Çuy vilayətindəki kəndlərin birində baş verib.  VII-VIII siniflərin şagirdləri məktəbin idman zalında rəqs meydançası hazırlayıblar.

XİN sözçüsü: "Kaspşikin ofisinin genişləndirilmısi prosesi substantiv danışıqlarla paralel getməlidir"

28 Dekabr 2017 11:22

"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilmısi məsələsi bu il ərzində müzakirə olunub. Belə bir fikirlər var və həmsədrlərin son  bəyanatında da bu məqam əksini tapıb".  Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H. Hacıyev qeyd edib ki, Azərbaycan bu təkliflərə müsbət baxır. "Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir", - deyə o bildirib.

Hikmət Hacıyev: “Dilqəm Əsgərovla Şahbaz Quliyevin məsələsi Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edilib”

28 Dekabr 2017 11:17

“Azərbaycan tərəfi ailələrinin məzarların ziyarət etmək üçünKəlbəcərə gedən və girov götürülən Dilqəm Əsgərovla Şahbaz Quliyevin azad olunması məsələsini Rusiya, Minsk qrupu həmsədrləri və BQXK ilə müzakirə edib”.

Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb

28 Dekabr 2017 11:15

"Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri Taleh Bağırov barəsində başlanan yeni cinayət işi üzrə istintaq tamamlanıb. Vəkil Cavad Cavadlının  verdiyi məlumata görə, Ədliyyə Nazirliyinin istintaq idarəsinin müstəntiqi tərəfindən onun iştirakı ilə Taleh Bağırzadəyə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə ittiham elan edilib. İttihama əsasən, onun üzərindən iyulun 31-də yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib. 

Rusiyadakı partlayışda yaralıların sayı artdı

28 Dekabr 2017 11:02

Rusiyanın Sankt-Peterburq şəhərində, Kondratyev prospektindəki supermarketdə baş vermiş partlayış nəticəsində yaralıların sayı 13 nəfərə çatıb. Xəsarət alanlardan 8 nəfəri hələ xəstəxanadadır. Onlardan 5 nəfərin vəziyyəti orta, 3-nün isə qənaətbəşxdir. Bundan əvvəl 10 nəfərin yaralandığı bildirilirdi.

Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır

28 Dekabr 2017 11:00

"Regionların iqtisadi inkişaf proqramlarına əsasən, hər bir rayonda yaşamaq və işləmək üçün lazımi infrastruktur yaradılıb. Lakin nədənsə, ölkəmizdə insanların məhz Bakıda aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir".

Karapetyan: İqtisadiyyatımız quruyub

28 Dekabr 2017 10:57

"Ermənistan iqtisadiyyatı iflasa uğrayıb". Bunu Ermənistanın Baş naziri Karen Karapetyan yerli mətbuata müsahibəsində deyib. K.Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarla ilə müqayisə edərək iflasa uğradığını bildirib: "2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq, 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik".

XİN: "Azərbaycanda çoxistiqamətli xarici siyasət kursu davam edib"

28 Dekabr 2017 10:55

“2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib”. “Olaylar” xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

İsrail zulmünü dünyaya göstermişti... Sembol isimden ilk fotoğraf

28 Dekabr 2017 10:36

Kefaletle serbest bırakılan Kudüs direnişinin sembol ismi 16 yaşındaki Fevzi Cuneydi ailesine kavuştu. Cüneydi, gözaltıyken İsrail askerlerinden şiddet gördüğünü ve kötü muameleye maruz kaldığını söyledi. İsrail askeri mahkemesi tarafından tutuksuz yargılanmak üzere kefaletle serbest bırakılan Kudüs direnişinin sembol ismi 16 yaşındaki Fevzi Cuneydi ailesine kavuştu. El-Halil kentine bağlı Vadi et-Tuffah Caddesi'nde göz yaşartıcı gaz ve arbededen kaçarak bir yakınının evine giderken gözaltına alındığını anlatan Cuneydi, "Askerler beni alır almaz yere fırlatıp dövmeye başladılar.

AK Parti’den Bitcoin raporu: Kripto paralara el konulması çok zor

28 Dekabr 2017 10:35

Bitcoin’i masaya yatıran AK Parti’nin “Kripto para, Bitcoin ve Blockchain” raporunda, kripto paralara el konulmasının çok zor olduğuna dikkat çekildi. AK Parti, Bitcoin gibi şifreli paraları mercek altına alan bir çalışma yaptı. Sanal paraların takibinin, vergilendirilmesinin ve arzının mümkün olmadığı kaydedilen çalışmada, “Kripto paralara ilişkin en büyük risk, bu paraların kullanımının kara para işlemlerine açık olması dolayısıyla devletler tarafından yasaklanmasıdır” denildi.