Azərbaycan XİN Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyir

"Biz Səudiyyə Ərəbistanına raket hücumlarını qınayırıq". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H. Hacıyev bildirib ki, bu kimi neqativ hallar regionda vəziyyətin gərginləşməsinə səbəb ola bilər: "Regionda sülhün və sabitliyin təmin olunması üçün siyasi diplomatik səylərin artırılmasına çağırırıq".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə Yəməndəki Husi qiyamçıları arasında qarşıdurma bir neçə ildir, davam edir. Husi qiyamçıları Səudiyyə Ərəbistanı ərazisinə bir neçə dəfə raket atıb. Sonuncu dəfə onlar Səudiyyə Kralının sarayını hədəf alsalar da, raket göydə zərərsizləşdirilib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31