Karapetyan: İqtisadiyyatımız quruyub
"Ermənistan iqtisadiyyatı iflasa uğrayıb". Bunu Ermənistanın Baş naziri Karen Karapetyan yerli mətbuata müsahibəsində deyib. K.Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarla ilə müqayisə edərək iflasa uğradığını bildirib: "2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq, 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik".
28 Dekabr 2017 10:57 Siyasət"Ermənistan iqtisadiyyatı iflasa uğrayıb". Bunu Ermənistanın Baş naziri Karen Karapetyan yerli mətbuata müsahibəsində deyib. K.Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarla ilə müqayisə edərək iflasa uğradığını bildirib: "2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq, 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik".
Yoxsulluq səviyyəsinin azaldılmasından da danışan Baş nazir qeyd edib ki, yaxın iki il ərzində bu sahədə yaxşı nəticə gözləməyə dəyməz. Trend.az