Xəzər Dəniz Gəmiçiliyi məcburi köçkün ailələrini sevindirib
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.”OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
28 Dekabr 2017 11:56 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nümayəndələri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər."OLAYLAR"-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam və Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 3350 qaçqın və məcburi köçkün ailəsinə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatına düyü, şəkər tozu, çay, un, yağ və digər zəruri ərzaq məhsulları daxil edilib.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əmin olduqlarını ifadə ediblər. Onlar göstərilən daimi diqqət və qayğıya görə ölkə və "AXDG" QSC rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.