Milli Məclis sonuncu iclasda 18 məsələyə baxacaq

Milli Məclisin dekabrın 29-da keçiriləcək payız sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib. “Olaylar”ın məlumatına görə, parlamentin payız sessiyasının sonuncu iclasının gündəliyinə bir məsələ əlavə edilib.

Milli Məclisin dekabrın 29-da keçiriləcək payız sessiyasının sonuncu iclasının gündəliyinə dəyişiklik edilib. "Olaylar"ın məlumatına görə, parlamentin payız sessiyasının sonuncu iclasının gündəliyinə bir məsələ əlavə edilib. Beləliklə, iclasın gündəliyində baxılacaq məsələlərin sayı 17-dən 18-ə qaldırılıb. Gündəlikdə bir sıra qanunlara dəyişiklər və sazişlərin təsdiqlənməsi nəzərdə tutulur. Sonda Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti qəbul ediləcək. Bununla da millət vəkilləri kanikula çıxacaqlar. Kanikul yancarın 15-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31