Bayramları təhlükəsiz keçirəcəyik QURUMLAR BELƏ DEYİR?
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına sayılı günlər qalıb. Bu günlərdən əsas və vacib məsələlərdən biri vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığıdır. Hər bayramda olduğu kimi qarşıdakı bayram günləri ilə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən qurumlar gücləndirilmiş iş rejiminə keçəcəklər. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin açıqladığı məlumata görə, bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin bayram günlərində gücləndirilmiş iş rejimi üzrə fəaliyyət göstərməsinə dair müvafiq əmr imzalayıb.
28 Dekabr 2017 12:08 SosialDünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına sayılı günlər qalıb. Bu günlərdən əsas və vacib məsələlərdən biri vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığıdır. Hər bayramda olduğu kimi qarşıdakı bayram günləri ilə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən qurumlar gücləndirilmiş iş rejiminə keçəcəklər. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar 2017-ci il dekabrın 31-dən 2018-ci il yanvarın 4-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin açıqladığı məlumata görə, bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin bayram günlərində gücləndirilmiş iş rejimi üzrə fəaliyyət göstərməsinə dair müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.
Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların gur toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Bayram ərəfəsi və bayram günlərində həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi də ciddi nəzarətdə saxlanacaq.
Bayram günlərində insanların sağlamlığının qayğısına qalan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları da fəaliyyətini gücləndirəcək. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Səhiyyə Nazirliyi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar. Briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunacaq və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.
Məlumat üçün nəzərinizə çatdıraq ki, 31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni İl Bayramı ilə əlaqədar ölkə ərazisində yanvarın 4-dək (2018-ci il) qeyri-iş günü olacaq. Sia.az