Gündəm

"Taliban"ın 10 yaraqlısı məhv edildi

31 Dekabr 2017 09:00

Əfqanıstanın Uruzqan əyalətində “Taliban” hərəkatının ən azı 10 yaraqlısı məhv edilib. Bu barədə yerli polisə istinadən “TOLO News” məlumat yayıb.

Ərdoğan viza böhranında ABŞ-ı ittiham edir

31 Dekabr 2017 08:58

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Vaşinqton arasında yaranmış viza böhranına görə Amerikanı ittiham edib. Ərdoğanın sözlərinə görə, ABŞ viza böhranını özü başladı və özü də bitirdi.

Xəstəxanaya gətirilən 2 azyaşlı qız HAMİLƏ ÇIXDI

31 Dekabr 2017 08:54

Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən 15 yaşlı qızların hamilə olduqları ortaya çıxıb. Hadisə Sakaryanın Akyazı rayonunda baş verib. 15 yaşlarında 2 qız qarın nahiyələrində şiş və ağrılarla xəstəxanaya gətirilib.

“Qarabağ”ın oynadığı stadiona qoyunlar hücum etdi - VİDEO​​​​​​​

31 Dekabr 2017 08:52

Madridin “Atletiko” klubunun prezidenti Enriko Serezo İspaniyanın dövlət kanalı TVE-də yayımlanan “Günahsız” verilişinin zarafatına məruz qalıb. Təcrübəli klub idarəçisi təzəlikcə istismara verilmiş “Vanda Metropolitano” stadionununda qoyunların şokunu yaşayıb.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr 2017 08:50

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib.

Azərbaycanda bu il pambıq yığımında artım var

30 Dekabr 2017 20:29

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 206 721 tondan çox pambıq təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən gün məntəqələrə 226 ton pambıq verilib.

Sankt-Peterburqda partlayış törədən şəxs saxlanıldı

30 Dekabr 2017 20:27

Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) Sankt-Peterburqdakı mağazalardan birində partlayış törətmiş şəxsi saxlayıb. Bu barədə FTB məlumat yayıb.

Tibb Universitetində Elektron Universitet yaradılır

30 Dekabr 2017 20:25

Azərbaycan Tibb Universitetində (ATU) Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanılıb. Bunu universitetin rektoru Gəray Gəraybəyli deyib. Bir neçə həftə öncə Təhsil Nazirliyinin Akkreditasiya Şu­rasının qərarı ilə Tibb Universite­tinin 5 illik müddətə yenidən akkreditasiyadan keçirildiyini xatırladan G.Gəraybəyli dövlət başçısının imzaladığı "İclmai iştirakçılıq haqqında" qanuna əsasən, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsinin qəbul edildiyini vurğulayıb.

"Sovetski"də köçürmənin ikinci mərhələsi

30 Dekabr 2017 20:23

“Azərbaycan Prezidentin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın sahədə uzun müddət istifadə edilmiş kommunikasiya xətləri yeni tələblərə cavab verməyən və demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb”.

İlin ən çox qazanan yazıçıları - SİYAHI

30 Dekabr 2017 20:17

Amerikanın ən məşhur iqtisadiyyat jurnalı olan "Forbes" 2017-ci il üçün yekun siyahı hazırlayıb. Siyahıda il ərzində ən çox qazanan yazıçıların adları yer alır. "Harry Potter" kitabının yazarı Roulinq 95 milyon dollarla siyahıya liderlik edir. İlin ən çox gəlir əldə edən yazıçısı bununla artıq 3-cü dəfədir ki Forbes siyahısına əlavə edilir.

İtkin düşən alpinistlərin axtarışı üçün XÜSUSİ PROQRAM HAZIRLANDI

30 Dekabr 2017 20:12

İspaniyanın Alikanta Universitetindən olan bir qrup alim meşə və dağlarda itkin düşmüş insanların axtarışını daha da sürətləndirmək üçün yeni tətbiq hazırlayıblar. Belə ki, itkin düşmüş, köməyə ehtiyac duyan insanlar üçün smartfon bir qayda olaraq mobil şəbəkənin əhatə dairəsində olmaması səbəbindən rabitə vasitəsi kimi faydasızdır. İspaniyalı alimlər isə, bu problemi aradan qaldırmaq məqsədilə smartfonların "Wi-Fi”sistemini siqnal göndərən mayak kimi istifadə etməyi təklif ediblər.

Mənsimovun gəmisi Aralıq dənizində 5 nəfəri xilas etdi

30 Dekabr 2017 20:07

Aralıq dənizində azərbaycanlı milyarderə məxsus gəmi 5 Tunis vətəndaşını boğulmaqdan xilas edib. "Şirvan" gəmisi Aralıq dənizində olarkən xəbərdaredici siqnal alıb. Dərhal hadisə yerinə gedən gəmi qayıqda boğulma təhlükəsi ilə üzləşən tunisliləri xilas edib.

Səhiyyə naziri: "Sertifikasiya prinsipləri dəyişdiriləcək”

30 Dekabr 2017 19:26

”Ölkə səhiyyəsində həm savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsipləri dəyişdiriləcək”.