Gündəm
Paşa Qәlbinur: "Hәlә vәzifәdәn getmәk fikrim yoxdur..."
Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunub. Urologiya, Oftalmologiya, Travmatologiya və ortopediya, Uşaq cərrahlığı və bir sıra başqa kafedra müdirlərinin bəziləri artıq vəzifədən uzaqlaşdırılıb. Siyahının ilk yerlərində 1990-cı ildən ATU-nun Urologiya kafedrasına rəhbərlik edən sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyev qərarlaşıb.
Çexiyanın Azərbaycandakı səfiri postunu tərk edir
Çexiyanın ilk kosmonavtı, SSRİ və Çexoslovakiya qəhrəmanı Vladimir Remek Çexiyanın Rusiyadakı səfiri postunu tərk edir. Bu barədə bu gün CTK agentliyi məlumat yayıb.
Göy rəngli avtomobillərə MİNMƏYİN! - SƏBƏB
ABŞ, Sinqapur və Çin alimləri rənglərə görə ən təhlükəli olan avtomobilləri müəyyən ediblər. “Proceedings of the National Academy of Sciences” jurnalı xəbər verir ki, tədqiqatçılar hər 1000 avtomobil arasında göy rəngli maşında qəzaya uğrama ehtimalının sarı rəngə nisbətən 9 faiz çox olduğunu müəyyən ediblər.
“İRS cizgi” yaradıcılıq qrupunun
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü MEK-də həyata keçirilən layihələrdən, Milli Rəqəmsal Yaddaş bazasının prinsip və perspektivlərindən, vikipedia təlimlərindən, keçirilən tədbirlərdən, təqdimatlardan söz açıb. O, təqdimatı keçirilən "Koroğlu" milli komiksi haqqında fikirlərini bölüşüb: "İRS cizgi" komandasının hazırladığı "Koroğlu" komiksi Azərbaycanda bu sahədə ilk uğurlu layihədir.
Xalq artisti vəfat etdi
Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib. Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.
İŞİD-in prokuroru saxlanıldı - FOTO
Türkiyənin Şanlıurfa vilayətində İŞİD üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində İŞİD-in Suriyanın Raqqa vilayətindəki prokuroru saxlanılıb.
Təyyarə qəzaya uğradı: 6 nəfər öldü
Şəkidə yanğın söndürüldü
Şəkinin Kiş kəndində, yüksək dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasə, dekabrın 29-da Şəki rayonunun Yaylaq ərazisində başlayan yanğın külək səbəbindən Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayının ərazisinə keçib.
Bürclərə görə 2018-ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?
İranda internet kəsildi: Etirazlara görə
Üç gün əvvəl İranın Məşhəd şəhərində hökumətə qarşı başlanan kütləvi etirazlarla əlaqədar Tehran hökuməti bəzi qabaqlayıcı tədbirlər həyata keçirib. Ölkədə internetin verilməsinə uzun müddətli suni fasilələr yaradılıb.
İsraildə korrupsiya əleyhinə kütləvi etiraz aksiyaları keçirilib
İsrailin bir neçə şəhərində korrupsiya əleyhinə növbəti kütləvi etiraz aksiyaları keçirilib. Təl-Əvivdə təşkil olunan aksiyada 2 min etirazçı iştirak edib. Paytaxtdakı aksiyaya qatılan etirazçılar hazırda korrupsiya cinayəti ilə əlaqədar barəsində istintaq tədbirləri görülən ölkənin baş naziri Binyamin Netanyahunun istefaya getməsini tələb ediblər. Etiraz aksiyaları həmçinin Qüds, Hayfa və Afulada keçirilib.
Rəqqada İŞİD qurbanlarının kütləvi məzarlıqları aşkarlanıb
Suriyanın Rəqqa şəhərinin ətrafında İŞİD qurbanlarının iki kütləvi məzarlığı aşkarlanıb. Xəndəklərdən birində qətlə yetirilmiş 115 insanın cəsədi aşkarlanıb. Meyitlər tanınması üçün hərbi hospitala gətirilib.
Azərbaycanın efir məkanında profilaktika işləri artırıla bilər
Azərbaycanda 2018-ci il üçün efir məkanında kompleks profilaktika işlərinin ilkin qrafiki hazırlanıb. Bu barədə teleradio yayımı bazarındakı mənbə məlumat verib.
Keçmiş prezident 3 il müddətinə həbs olundu
Misir məhkəməsi keçmiş prezident Məhəmməd Mursini 3 illik həbsə məhkum edib. Mursi ədliyyə sistemini təhqir etməkdə günahkar bilinib. Misirin Dövlət Televiziyasının verdiyi məlumata görə, dekabrın 30-da Qahirə məhkəməsi qərar verib ki, Mursi 4 il əvvəl ictimai çıxışında ədliyyə sistemini gözdən salmağa çalışıb, məqsədi isə “nifrət yaymaq”, qızışdırmaq olub. Televiziya məsələnin təfərrüatı ilə bağlı əlavə məlumat vermir.
Gürcüstandan Yunanıstana uçan təyyarəni ildırım vurdu
Gürcüstandan Yunanıstana uçan sərnişin təyyarəsini ildırım vurub. İldırım vuran təyyarə “Wizz Air” aviaşirkətinə məxsus olub.

.jpg)












