Gündəm

Kosta-Rikada təyyarə qəzası: 12 nəfər həlak oldu

1 Yanvar 2018 12:18

Kosta-Rikanın şimal-qərbindəki Quanakasta bölgəsində təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.

Kim Çen In HƏDƏLƏDİ: "Nüvə düyməsi masamın üzərindədir, ABŞ-ın bütün əraziləri..."

1 Yanvar 2018 12:16

"Nüvə düyməsi mənim masamın üzərindədir". Bunu Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In yeni il münasibətilə xalqa müraciətində söyləyib.

Putinin məxfi ordusu: ondan necə istifadə olunur?

1 Yanvar 2018 12:12

"Sandey Tayms" ("The Sunday Times") qəzeti yazır ki, Suriyada Rusiyanın məxfi muzdlular ordusuna daxil olan minlərlə döyüşçü Moskvaya müharibə itkilərinin sayını azaltmaq imkanı verir. Belə ki, Moskva yalnız rəsmi hərbi xidmətdə olanların itkiləri barədə məlumatları açıqlayır.

İranda etirazlar DAVAM EDİR: Azərbaycan şəhərində ölüm - VİDEO

1 Yanvar 2018 12:04

İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib. Etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehran olub. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.

Mərakeşli tələbələr kosmonavtlarla ünsiyyətə girəcəklər

1 Yanvar 2018 12:00

Ərəb dünyasında ilk dəfə olaraq, Beynəlxalq Kosmik Stansiya və mərakeşli tələbələr arasında video-konfrans təşkil ediləcək. Milli İnformatika və Sistem Analizi Məktəbinin seçilmiş 20 tələbəsi Beynəlxalq Kosmik Stansiyada olan kosmonavtlarla ünsiyyətə girəcəklər. Video-konfransın 2018-ci ilin yanvarında reallaşdırılacağı bildirilib.

"Telegram" və "Instagram"-a giriş bağlandı

31 Dekabr 2017 20:04

İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda “Instagram” sosial şəbəkəsi və “Telegram”-a girişi müvəqqəti bağlayıb. Bu barədə İranın IRIB Dövlət Televiziyası məlumat yayıb.

“Lotu Quli”yə daha bir zərbə — Ən yaxın adamı bıçaqlandı

31 Dekabr 2017 20:03

Bir müddət əvvəl azadlığa buraxılan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Türkiyədə bıçaqlanıb. Gəncə şəhərində vəziyyətə nəzarət edən Rəşad Gəncinski dekabrın 30-da İstanbulda bıçaqlanıb.  Bir neçə bıçaq zərbəsi alan Gəncinskinin səhhəti ilə bağlı dəqiq məlumat yoxdur.

Polis düşərgəsinə terror hücumu

31 Dekabr 2017 20:01

Bu gün qumbaraatanla silahlanmış iki terrorçu Hindistan polisinin Kəşmir ştatındakı ehtiyat qüvvələr düşərgəsinə hücum edib. Terrorçular düşərgədəki hospitalı hədəf seçiblər. Atışma zamanı hüquq-mühafizə orqanlarının 4 əməkdaşı ölüb, 2 polis əməkdaşı yaralanıb. Bir neçə saat davam edən əməliyyat nəticəsində binada gizlənən terrorçular neytrallaşdırılıb.

"Hakan Şükürün seçimi onu vətən xaini etdi"

31 Dekabr 2017 19:59

Türkiyənin tanınmış futbol məşqçisi Yılmaz Vural FETÖ terror təşkilatı ilə əlaqəsinə görə barəsində Türkiyə hökuməti tərəfindən həbs qərarı çıxarılan Hakan Şükür haqqında danışıb. Təcrübəli mütəxəssis bunları deyib:

İranda etriaz aksiyaları keçirilir: Ölənlər var –VİDEO

31 Dekabr 2017 18:39

İranın Lurestan vilayətində yerləşən Dordu şəhərində polislə toqquşma zamanı iki nəfər ölüb. Biymətlərin baha olmasına etiraz edən minlərlə insan üç gün əvvəl  İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. İqtisadi tələblərə tez bir zamanda siyasi tələblər də əlavə olunub.

Doğuş zamanı komaya girdi - 7 il sonra ayıldı

31 Dekabr 2017 18:37

Serbiyada maraqlı hadisə baş verib. Doğum əsnasında qan zəhərlənməsinə görə komaya girən serbiyalı Daniela Kovaçeviç qızını yalnız 7 il sonra görə bilib. 2010-cu ildə komaya düşən Danielanın oyanacağına inanmayan həkimlər bu hadisə qarşısında təəccüblərini gizlədə bilməyiblər.